. Love.az

Lenet - Wikipedia - Love.az

Ana Səhifə - Lenet

Bəddualar — inanc və dualar kimi İraq-türkman folklorunda möhkəm yer alan janrlardandır. Xalqın keçmiş həyat tərzini, adət-ənənəsini, etik və estetik görüşlərini tədqiq etmək baxımından bəddualar xüsusi əhəmiyyət kəsb edir. Professor Azad Nəbiyev Azərbaycan folklorunda qarğışlardan danışarkən onları üç qrupa bölmüşdür: mərasimlərlə, məişətlə, mifoloji və dini təsəvvürlərlə bağlı yaranan qarğışlar.

Demək olar ki, Kərkük dolaylarında təsadüf edilən bədduaları da təxminən üç qrupa bölmək olar:

  1. Dini təsəvvürlərin təsiri ilə yaranan bəddualar.
  2. Mərasimlərlə bağlı yaranan bəddualar.
  3. Məişətlə bağlı yaranan bəddualar. Iraq türkman folklorunda məişətlə bağlı yaranan bəddualar daha çoxdur.[1]

İstinadlar

redaktə
  1. ↑ "Qəzənfər Paşayev. Kərkük folklorunun janrları. Bakı: «Elm», 2003. - 320 s." (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-04-30.

Həmçinin bax

redaktə
  • Qarğıma
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bəddua&oldid=6632920"
LOVE.AZ