Ləngəbiz silsiləsi — Böyük Qafqaz sıra dağlarının Azərbaycan ərazisinə daxil olan cənub-şərq hissəsində yerləşən dağ silsiləsi.[1] Şamaxı və əsasən də Ağsu rayonu ərazisində yerləşir. Ən hündür zirvəsi 929 metr hündürlüyündə olan, Ağsu rayonu ərazisində yerləşən Səndələn dağıdır.
Ləngəbiz silsiləsi | |
---|---|
Ümumi məlumatlar | |
Hündür zirvəsi | Səndələn |
Yerləşməsi | |
Ölkə |
Şirvan düzü ilə Pirsaatçay çayının arasında yerləşir. Quşçu və Kolanı palçıq vulkanları, Ağsu aşırımı Ləngəbiz silsiləsində yerləşir.[2] Ləngəbiz silsiləsinin hündürlüyü bəzi yerdə 900 m-dən artıqdır.[3] Dağ silsiləsi Şimal-qərbdən cənub-şərqə doğru uzanır.[4]