. Love.az

Letafet Elizade - Wikipedia - Love.az

Ana Səhifə - Letafet Elizade

Lətafət Əlizadə (tam adı: Lətafət Məmməd qızı Əlizadə; 1942, Kirovabad – 2018, Bakı) — həkim-ginekoloq.

Lətafət Əlizadə
Lətafət Məmməd qızı Əlizadə
Doğum tarixi 1942
Doğum yeri
  • Kirovabad, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 2018
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi ürək çatışmazlığı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Atası Məmməd Əlizadə
Milliyyəti azərbaycanlı
İxtisası həkim
Təhsili Azərbaycan Dövlət Tibb İnstitutu
Fəaliyyəti həkim
Tanınır həkim
Mükafatları "Tərəqqi" medalı — 20132013

Mündəricat

  • 1 Haqqında
  • 2 Mükafatları
  • 3 Ölümü
  • 4 İstinadlar

Haqqında

redaktə

Lətafət Məmməd qızı Əlizadə 1942-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1969-cı ildən Ana və Uşaqların Mühafizəsi ETU-nda kiçik elm işçi kimi çalışıb. Yasamal rayonu 2 saylı qadın məsləhətxanasında Əmək Veteranları Komitəsinin sədri, Yasamal rayonu Ağbircəklər Cəmiyyəti İdarə Heyətinin üzvü olub.

1992-ci ildən 1999-cı ilədək Təhsil Nazirliyinin nəzdində Tələbə və Müəllimlərin Xeyriyyə Fondunda sədr müavini işləyib. 2000-ci ildən Azərbaycan Respublikası Qadın Xeyriyyə Fondunda sədr müavini vəzifəsində ictimai fəaliyyətlə məşğul olub. Lətafət xanım Əlizadə Müharibə Veteranları Hərbçilər İctimai Birliyinin üzvü, ehtiyatda olan fəxri böyük leytenantdır.

Mükafatları

redaktə

Lətafət Məmməd qızı Əlizadə Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

Ölümü

redaktə

Lətafət Əlizadə 2018-ci ildə ürək çatışmazlığından vəfat edib.[1][2]

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan qadınlarının bir qrupunun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-19.
  2. ↑ "Azərbaycanda nüfuzlu şəxs ürək çatışmazlığından dünyasını dəyişdi". 2018-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-19.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Lətafət_Əlizadə&oldid=6667734"
LOVE.AZ