Lətifə Cahandar qızı Əliyeva (1 iyul 1944, Yuxarı Salahlı, Qazax rayonu) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2018),Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006-cı ildən).
Lətifə Əliyeva | |
---|---|
Doğum tarixi | 1 iyul 1944(1944-07-01) (80 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktrisa |
Teatr | Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı |
Mükafatları |
![]() ![]() |
Lətifə Cahandar qızı Əliyeva 1 iyul 1944-cü ildə Qazaxın Yuxarı Salahlı kəndində anadan olub.
Teatr İnstitutunda dram – kino aktyorluğu fakültəsində təhsil alıb (1964–1964).
1964-cü ildən Gənc Tamaşaçılar Teatrında işləyir.
Ana rollarının mahir ifaçılarından biridir.
Kliplərə çəkilib. İran istehsalı olan "Divlər zindanı" (1992) və "Arzular" (200?) filmlərində çəkilib.
2000-ci ildə Əməkdar artist, 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülmüşdür.[1] 2006-cı ildən Prezident təqaüdçüsüdür..[2]