. Love.az

Letif Huseynzade - Wikipedia - Love.az

Ana Səhifə - Letif Huseynzade
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Hüseynzadə Lətif Talıb oğlu (24 aprel 1903, Naxçıvan – 11 iyul 2008, Bakı) — ədəbiyyatşünas, maarif xadimi, "İstiqlal" ordenli, Azərbaycanın əməkdar müəllimi.

Lətif Hüseynzadə
Lətif Talıb oğlu Hüseynzadə
Doğum tarixi 24 aprel 1903
Doğum yeri Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 11 iyul 2008 (105 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi ürək çatışmazlığı
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan AXC→
SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Mükafatları "İstiqlal" ordeni — 2002

Həyatı

redaktə

Lətif Hüseynzadə 1903-cü il aprelin 24-də Naxçıvan şəhərində anadan olmuşdur. Burada "Xeyriyyə" və "Rüşdiyyə" adlanan dini mədrəsələri bitirdikdən sonra Naxçıvan Müəllimlər Seminariyasında təhsil almışdır (1922-1925). Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində təhsilini davam etdirmişdir (1925-1930). Əmək fəaliyyətinə İrəvan Türk Müəllimlər Seminariyasında Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlamışdır (1930-1936). Naxçıvan Pedaqoji Texnikumunda müəllim, dərs hissə müdiri (1936-1940), C.Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunda müəllim, dosent, kafedra müdiri, direktor (1940-1954), Azərbaycan Elmlər Akademiyasının Naxçıvan filialında elmi işçi, daha sonra direktor (1950-1951), Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda dil-ədəbiyyat metodikası şöbəsinin müdiri (1954-1957), İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində dosent (1957-1968), Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda dosent (1968-1976) vəzifələrində çalışmışdır. Pedaqoji fəaliyyətə başladığı XX əsrin 30-cu illərindən elmi-tədqiqatla ardıcıl məşğul olmuş, dövri mətbuatda məqalələr dərc etdirmişdir. "Əliqulu Qəmküsarın həyatı və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, fılologiya elmləri namizədi alimlik dərəcəsi almışdır (1950). XV əsr Qaraqoyunlu hökmdarı Cahanşahın "Həqiqi" təxəllüsü ilə Azərbaycan və fars dillərində yazdığı divanı aşkara çıxarıb tədqiq və tərtib edib çapa vermişdir. Qazi Bürhanəddin, Nəimi, İmadəddin Nəsimi, Heyran xanım, Qönçəbəyim kimi sənətkarların poetik irsinin ilk tədqiqatçılarından biridir. Külli miqdarda elmi məqaləsi və 10 elmi-kütləvi monoqrafik əsəri dərc olunmuşdur. Türkiyə, İran və Ermənistanda keçirilən konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir.

11 iyun 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.[1]

Əsərləri

redaktə
  • 1. İran şahlarının Naxçıvan xanlarına fərman və məktubları (XVIII-XIX əsr). Bakı: 1930.
  • 2. Orta məktəbdə Azərbaycan dili və ədəbiyyatdan yazı metodikası. Bakı: 1955.
  • 3. Əliqulu Qəmküsar. Bakı: 1959.
  • 4. Həqiqi. Yerevan: 1966.
  • 5. Cahanşah Həqiqi (qəzəllər, rübailər, tuyuğlar). Bakı: 1986.
  • 6. Qaraqoyunlu Sultan Müzəffərəddin Cahanşah Həqiqi. Bakı: 1999.
  • 7. Qaraqoyunlu Cahanşah Həqiqi (Farsca divanı). Bakı: 2000.
  • 8. Araz şahiddir. Kazım Qarabəkir Paşa Naxçıvanda. Bakı: 2002.
  • 9. Naxçıvan teatr tarixindən. Bakı: 2002.
  • 10. Aras Şahittir. Türk ordu generalı Kazım Karabekir Paşa Nahcıvanda. 1918-1920. yıllar. Bakü: 2001.

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 7 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2019.
Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz.
Bu şablon mümkündürsə, daha dəqiqi ilə əvəz edilməlidir.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Lətif_Hüseynzadə&oldid=7883140"
LOVE.AZ