Ləzgistan — Lezgistan və ya Lekiya (ləzg. Leӄi) aşağıdakılara istinad edə bilər:
Herodot, Strabon və Yaşlı Pliniy də daxil olmaqla qədim yunan tarixçiləri Qafqaz Albaniyasında yaşayan Legoy xalqına istinad edərkən, 9–10-cu əsrlərin ərəb tarixçiləri müasir Dağıstan ərazisindəki Lakz krallığını qeyd edirlər[3] Əl Məsudi bu bölgənin sakinlərini Lakzamlar[4] adlandırmışdır.[5]
Rusiyada inqilabdan əvvəl "Ləzgin" termini müasir Rusiya Dağıstan Respublikasının ərazisində yaşayan bütün etnik qruplara şamil edilirdi[6].
Ləzgi milli hərəkatı Sadval (Birlik) 1990-cı ilin iyulunda Rusiyada (o vaxt Sovet İttifaqı) Dağıstanın Dərbənd şəhərində yaradıldı.[7] Ləzgilərin (Azərbaycan və Dağıstanda) birləşməsini tələb etdilər, çünki sovet hakimiyyəti dövründə onlara "mədəniyyətlərini inkişaf etdirmək imkanı verilmədi". Sadval Azərbaycanda dəstək tapmadı, üstəlik, 19 mart 1994-cü ildə Bakı metrosunda 27 adamın öldüyü partlayışın Sadval tərəfindən edildiyi irəli sürüldü.[8]. Sadvalın yaradılmasında, silahlılarını maliyyələşdirməkdə, təlim verməkdə və silahlandırmaqda Ermənistan xüsusi xidmət orqanlarının iştirak etdiyinə dair sübutlar var idi.[9]