Laçın keçidi[1] və ya Laçın dəhlizi — Türk rejissor Kuban Uğur İlhanın filmi.[2]
Laçın keçidi | |
---|---|
Fayl:Laçın dəhlizi (film, 1993).jpg | |
Janr | müharibə |
Rejissor | Kuban Uğur İlhan |
Ssenari müəllifi | Şahirə Kərimova |
Baş rollarda |
Mustafa Gülən — Şahin Kuban Uğur İlhan — Gündüz Yaqub Nəhmətov — Murad Sahib Quluzadə — Süleyman Nara Nağıyeva — Reyhan Aytən Novruzova — Könül Ötkəm İsgəndərov — mayor |
Operatorlar |
Yuri Varnovski Rafiq Quliyev |
Bəstəkar | Mustafa Kaya |
Rəssam | Şundes Nerman |
İstehsalçılar |
"İFPAŞ" Prodakşn Azərbaycan Milli İstiqlal Partiyası TGRT |
İlk baxış tarixi | 1993 |
Filmin digər adı | Laçın dəhlizi |
Filmin növü | tammetrajlı bədii film |
Ölkələr |
![]() ![]() |
Dil | Azərbaycan dili |
İl | 1993 |
Texniki məlumatlar | 35 mm |
Rəng | rəngli |
Film I Qarabağ müharibəsində Laçın dəhlizinin qorunması uğrunda aparılan mübarizədən bəhs edir.
Rejissor filmdə müharibənin bir neçə gününü lentə almışdır. Və bunu göstərməklə heç də hər hansı bir tərəfin haqlı və haqsız olduğunu sübut eləmək istəməmiş və əsərin də elə üstün tərəfi də budur.
Uğur İlhan filmdə həm də əsas rollardan birinin ifaçısıdır.
Film Laçın keçidinin ermənilər tərəfindən xəyanətkarlıqla zəbt olunmasına həsr edilmişdir.
Ermənistandan Dağlıq Qarabağa ana yol bu keçiddən keçir və bu keçidin stratejik dəyərlərini bilən ermənilər də buranı necə olursa-olsun elə keçirməyə can atırdılar. Filmdə işğalın müxtəlif anları təsvir edilməkdədir.
Film Türkiyənin TGRT televiziyasında göstərilmişdir.