. Love.az

La Pas Boliviya - Wikipedia - Love.az

Ana Səhifə - La Pas Boliviya
Bu adın digər istifadə formaları üçün bax: La-Pas (dəqiqləşdirmə).

La Pas, tam adı Nuestra Senyora de la Pas (isp. La Paz, Nuestra Señora de La Paz, aym. Chuqi Yapu)[3] — Boliviyada şəhər, ölkənin faktiki paytaxtı (1898-ci ildən), həmçinin La Pas departamentinin inzibati mərkəzi.

Paytaxt
La-Pas
La Paz
Chuqiyapu
Bayraq Gerb
Bayraq Gerb
16°29′45″ c. e. 68°08′00″ q. u.HGYO
Ölkə
  •  Boliviya[1]
Tarixi və coğrafiyası
Əsası qoyulub 20 oktyabr 1548
Sahəsi
  • 472 km²
Mərkəzin hündürlüyü 3.640 m
Saat qurşağı
  • UTC−04:00
Əhalisi
Əhalisi
  • 755.732 nəf. (2024)[2]
Rəsmi dili
  • ispan dili,
  • Aymara dili,
  • Keçua dilləri,
  • Quarani dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +591 2
Poçt indeksi 0201–0220
Digər
lapaz.bo
Xəritəni göstər/gizlə
La-Pas xəritədə
La-Pas
La-Pas
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhər əhalisi şəhərətrafı əhali ilə birlikdə 1 609 000 nəfərdir.

Boliviyanın rəsmi paytaxtı Sukre olmasına baxmayaraq La Pasda dövlət idarələrinin çoxu, o cümlədən prezident iqamətgahı yerləşir.

Mündəricat

  • 1 Coğrafiya
  • 2 Tarixi
  • 3 İqtisadiyyatı
  • 4 Maraqlı faktlar
  • 5 Həmçinin bax
  • 6 İstinadlar

Coğrafiya

redaktə

La Pas eyniadlı çayın sahilində, dəniz səviyyəsindən 3 600 metr hündürlükdə yerləşir. Şəhər bir neçə milyon il bundan əvvəl sönmüş vulkanın kraterində salınıb. Yüksəklikdə yerləşdiyinə görə iqlimi sərindir. Ən isti ayı — noyabr (+15 °C), əb soyuq ayı -iyul (+7 °C).

Tarixi

redaktə

Şəhər 1548-ci ildə Alonso de Mendoso tərəfindən qədim hindu qəsəbəsi Çukiaqonun yaxınlığında salınıb, ilk adı Nuestra Senyora de la Pas idi (Nuestra Señora de La Paz — "Bizim sülh anamız"). 1898-ci ildə ölkənin faktiki paytaxtına çevrilir. Tarixən çox sayda qiyamların, inqilabların və dövlət çevrilişlərinin şahidi olub.

İqtisadiyyatı

redaktə

Şəhərdə yeyinti, yüngül və tütün sənayesi müəssisələri yerləşir. Dəmiryol xətti var, beynəlxalq aeroporta malikdir.

Maraqlı faktlar

redaktə

La Pas ən yüksəklikdə yerləşən milyoner şəhər və paytaxtdır. El Alto Beynəlxalq Aeroportu ən yüksəklikdə yerləşən beynəlxalq aeroportdur (dəniz səviyysindən 4050 metr yüksəklikdə).

Yüksəkliyə görə La Pasda su 88 °C-də qaynayır (190 °F).

La Pas şəhərinin mərkəzi avtobus stansiyası Eyfel qülləsinin layihəçisi Qustav Eyfel tərəfindən layihələndirilib.

Həmçinin bax

redaktə
  • La Pasın bələdiyyə saytı Arxivləşdirilib 2008-08-28 at the Wayback Machine

İstinadlar

redaktə
  1. ↑ 1 2 ArchINFORM (alm.). 1994.
  2. ↑ https://www.citypopulation.de/en/bolivia/admin/la_paz/020101__la_paz/.
  3. ↑ Yaticha Kamani / Ministerio de Educación, Aymara aru thakhinchawi, Chuqi Yapu 2011
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=La-Pas_(Boliviya)&oldid=7372082"
LOVE.AZ