. Love.az

Lahic Daglarinda Eks Seda Film 1971 - Wikipedia - Love.az

Ana Səhifə - Lahic Daglarinda Eks Seda Film 1971
Lahıc dağlarında əks-səda
Fayl:Lahıc dağlarında əks-səda (film, 1971).jpg
Janr sənədli film
Rejissor Çingiz Rəhimli (Çingiz Rəhimov kimi)
Ssenari müəllifləri Hüseyn Nəcəfov
Cavanşir Məmmədov
Operator Çingiz Rəhimli (Çingiz Rəhimov kimi)
İstehsalçı "Azərbaycantelefilm"
İlk baxış tarixi 1971
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Ölkə SSRİ SSRİ
İl 1971
Texniki məlumatlar 1 hissə
280 metr
35 mm
Rəng rəngli

Mündəricat

  • 1 Məzmun
  • 2 Filmin heyəti
    • 2.1 Film üzərində işləyənlər
  • 3 Xarici keçidlər

Məzmun

redaktə

Ta qədim zamanlardan Azərbaycan özünün mis məmulatları ilə şöhrət tapmışdır. Bunların əsas istehsal mərkəzi Böyük Qafqaz dağlarında yerləşən kiçik Lahıc kəndidir. Burada misdən hazırlanan dolça, satıl, sərnic, məcməyi, sərpuş, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və s. dünyanın bir çox ölkələrinə, o cümlədən Rusiyaya, Orta Asiyaya və Yaxın Şərqə aparılmışdır. Lahıcda dəmir üzərində döymə sənətinin sirləri nəsildən nəslə ötürülür.

Filmdə Lahıc sənətkarlarından, onların yaradıcılığından məhəbbətlə söhbət açılır.

Filmin heyəti

redaktə

Film üzərində işləyənlər

redaktə
Rejissor: Çingiz Rəhimli (Çingiz Rəhimov kimi)
Ssenari müəllifi: Hüseyn Nəcəfov, Cavanşir Məmmədov
Operator: Çingiz Rəhimli (Çingiz Rəhimov kimi)
Səs rejissoru: Bəxtiyar Dehniya

Xarici keçidlər

redaktə
  • Filmi izlə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Lahıc_dağlarında_əks-səda_(film,_1971)&oldid=6839120"
LOVE.AZ