Lamantinlər (lat. Trichechus) — Sirenlər dəstəsinə aid dəniz məməlisi. Əsasən dəniz yosunları ilə qidalanan otyeyən canlı.
Lamantinlər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||||
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Lamantinlər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Lamantinlər cinsinə daxil olan canlılar Dyoqonlar fəsiləsinin nümayəndələrindən quyruğu və başları ilə fərqlənirlər. Bu canlılar digər məməlilərdən fərqli olaraq daima yeni dişlərinin çıxması ilə xərqlənirlər.
Lamantinlərin çəkisi 400–550 kq, uzunluqları 2,8–3,0 metr arasında dəyişir. Maksimal ölçülərə malik olan Lamantin 3,6 metr uzunluğa və 1775 kq çəkiyə malik olmuşdur. Balaları doğularkən 30 kq çəkiyə malik olurlar.
Lamantinlər 4 növə bölünür:
Amerikan lamantini əsasən Karib dənizi hövzəsi ərazilərdə yaşayırlar. Şimali Amerika, Cənubi Amerika və Mərkəzi Amerika ssahil boyu ərazilərə yayılmışlar.
Qərbi Afrika sahillərində yaşayan lamantinlər Afrika lamantini, Amazon çayı və Orinoko çayı hövzələrində isə yaşayanlar isə Amazon lamantini adlandırılır. Vest-Hind adaları və Florida yarımadası ətrafında yaşayan lamantinlər Florida lamantini adlandırılsada bu canlı Amerika lamantinin yarımnövüdür. Uzunluqları 4,5 metr təşkil edir.
Amerika lamantinlərinin nəslinin kəsilməsi həddindədir, halbuki onların təbii düşmənləri yoxdur. Onlar əsasən ovçular tərəfindən öldürülür və ya balıqçı torlarına ilişərək orada tədricən ölürlər.
Lamantinlər əsasən SES ətraflarına can atırlar. Səbəb isə onların isti sulara can atmaları ilə əlaqədardır. Mövcud vəziyyət canlıların miqrasiyasına mənfi təsir göstərmişdir[3].
Lamantinlər 6 boyun fəqərəsinə malikdirlər, halbuki bütün məməlilərdə fəqərələrin sayı yeddidir[4].