. Love.az

Larisa Latinina - Wikipedia - Love.az

Ana Səhifə - Larisa Latinina

Larisa Semyonovna Latınina (27 dekabr 1934[1], Xerson, Odessa vilayəti) — Keçmiş sovet gimnastı. 1956–1964-cü illər ərzində 14 fərdi və 4 komanda oyunu üzrə olimpiya medalı qazanmışdır. O, 18 olimpiya medalı ilə 48 il ərzində olimpiya rekordunu öz əlində saxlamış, lakin bu rekord 2012-ci ilin 31 iyulunda amerikan üzgüçü Maykl Felps tərəfindən qırılmışdır.[2] Felpsin ümumi medal sayına görə rekord qırmasına baxmayaraq, Larisa Latınina fərdi oyunlar üzrə 14 olimpiya medalı ilə rekordu öz əlində saxlayır.

Larisa Latınina
rus. Лариса Семёновна Латынина
Şəxsi məlumatlar
Doğum adı Лариса Семенівна Дирій
Vətəndaşlığı
  •  SSRİ
  •  Rusiya
Doğum tarixi 27 dekabr 1934(1934-12-27)[1] (90 yaş)
Doğum yeri
  • Xerson, Odessa vilayəti, Ukrayna SSR, SSRİ
Boyu 161 sm
Çəkisi 52 kq
İdman növü bədii gimnastika
Medallar
Olimpiya Oyunları
Qızıl 1956 Melburn Komanda hesabı
Qızıl 1956 Melburn Şəxsi çoxnövçülük
Qızıl 1956 Melburn Dayaqla tullanma
Qızıl 1956 Melburn Sərbəst hərəkətlər
Qızıl 1960 Roma Komanda hesabı
Qızıl 1960 Roma Şəxsi çoxnövçülük
Qızıl 1960 Roma Sərbəst hərəkətlər
Qızıl 1964 Tokio Komanda hesabı
Qızıl 1964 Tokio Sərbəst hərəkətlər
Gümüş 1956 Melburn Müxtəlif hündürlüklü qollar
Gümüş 1960 Roma Müxtəlif hündürlüklü qollar
Gümüş 1960 Roma Tir üzərində hərəkətlər
Gümüş 1964 Tokio Şəxsi çoxnövçülük
Gümüş 1964 Tokio Dayaqla tullanma
Bürünc 1956 Melburn Komanda, alətlər
Bürünc 1960 Roma Dayaqla tullanma
Bürünc 1964 Tokio Müxtəlif hündürlüklü qollar
Bürünc 1964 Tokio Tir üzərində hərəkətlər
Dünya Çempionatı
Qızıl 1954 Roma Komanda hesabı
Qızıl 1958 Moskva Komanda hesabı
Qızıl 1958 Moskva Şəxsi çoxnövçülük
Qızıl 1958 Moskva Dayaqla tullanma
Qızıl 1958 Moskva Müxtəlif hündürlüklü qollar
Qızıl 1958 Moskva Tir üzərində hərəkətlər
Qızıl 1962 Praqa Komanda hesabı
Qızıl 1962 Praqa Şəxsi çoxnövçülük
Qızıl 1962 Praqa Sərbəst hərəkətlər
Gümüş 1958 Moskva Sərbəst hərəkətlər
Gümüş 1962 Praqa Dayaqla tullanma
Gümüş 1962 Praqa Tir üzərində hərəkətlər
Gümüş 1966 Dortmund Komanda hesabı
Bürünc 1962 Praqa Müxtəlif hündürlüklü qollar
Avropa Çempionatı
Qızıl 1957 Buxarest Şəxsi çoxnövçülük
Qızıl 1957 Buxarest Dayaqla tullanma
Qızıl 1957 Buxarest Müxtəlif hündürlüklü qollar
Qızıl 1957 Buxarest Tir üzərində hərəkətlər
Qızıl 1957 Buxarest Sərbəst hərəkətlər
Qızıl 1961 Leypsiq Şəxsi çoxnövçülük
Qızıl 1961 Leypsiq Sərbəst hərəkətlər
Gümüş 1961 Leypsiq Müxtəlif hündürlüklü qollar
Gümüş 1961 Leypsiq Tir üzərində hərəkətlər
Gümüş 1965 Sofiya Şəxsi çoxnövçülük
Gümüş 1965 Sofiya Müxtəlif hündürlüklü qollar
Gümüş 1965 Sofiya Tir üzərində hərəkətlər
Gümüş 1965 Sofiya Sərbəst hərəkətlər
Bürünc 1965 Sofiya Dayaqla tullanma
Dövlət mükafatları
"Lenin" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Gimnastika karyerası
  • 3 Ailəsi
  • 4 Karyerasının sonu
  • 5 Mükafatları
  • 6 İstinadlar

Həyatı

redaktə

Larisa Semyonovna Diriy, 1934-cü ilin 27 dekabrında Ukraynanın Xerson şəhərində anadan olmuşdur. O, əvvəl balerina kimi fəaliyyət göstərmiş, lakin öz xoreoqrafı Xersonu tərk edəndən sonra gimnastikaya maraq göstərmişdir. O, 1953-cü ildə ali məktəbi bitirdikdən sonra Lenin Politexnik İnstitutunda təhsil almaq üçün Kiyev şəhərinə köçmüş, o cümlədən Burevestnik Könüllü İdman Cəmiyyətində gimnastika üzrə məşqlərə başlamışdır. 19 yaşlı Larisa, 1954-cü ildə Roma şəhərində keçirilən dünya çempionatında debüt etmişdir.

Gimnastika karyerası

redaktə
 
Larisa Latınina, 1964 yay Olimpiya oyunlarında dayaqla tullanma üzrə mükafatlandırılma mərasimində

1956 Yay Olimpiya Oyunlarında Larisa Latınina, macar Aqnes Keleti ilə birlikdə olimpiadanın ən yaxşı gimnastı olmuşdu. Latınina, Keletini şəxsi çoxnövçülükdə məğlub etmiş və həmçinin sovet yığması komanda hesabında qələbə qazanmışdı. O, sərbəst hərəkətlər (Keleti ilə bərabər) və dayaqla tullanma üzrə qızıl, müxtəlif hündürlüklü qollar üzrə gümüş və komanda ilə alətlər üzrə bürünc medal qazanmışdı. Keleti də 6 medal qazanmışdı: 4 qızıl və 2 gümüş.

1958-ci ildə keçirilmiş dünya çempionatında uğurlu çıxış edən Latınina, Roma şəhərində keçirilmiş 1960 Yay Olimpiya Oyunlarının favoriti idi.[3] Şəxsi çoxnövçülükdə o, ilk 4 yeri tutmağa namizəd idi, eləcə də komanda yarışlarında 9 xal fərqlə qələbəni təmin etmişdi. Latınina, öz titulunu qorumuş, müxtəlif hündürlüklü qollar və tir üzərində hərəkətlər üzrə gümüş və dayaqla tullanma yarışlarında bürünc medal qazanmışdı.

Latınina, 1962-ci ildə dünya çempionatında Çexoslovakiya gimnastı Vera Çaslavskanı udaraq şəxsi çoxnövçülükdə qalib oldu. Hələ, 1964 Yay Olimpiya Oyunlarında dünya çempionu titulunu qoruyarkən, şəxsi çoxnövçülükdə Çaslavska tərəfindən məğlub edilmişdi. Latınina, komanda hesabı və sərbəst hərəkətlər üzrə yarışlarda qalib olaraq qızıl medallar qazandı. O, 1956-cı ildə tir üzərində hərəkətlər üzrə 4-cü yeri tutmasından savayı, hər yarışda medal qazanmışdı.

Latıninanın 9 qızıl medalı, ən çox olimpiya qızılı qazananların siyahısında Mark Spits, Karl Lüis və Paavo Nurmi ilə birlikdə onu 2-ci edir, yalnız Maykl Felpsdən geri qalır. O, 1964-cü ildən 2012-ci ilə qədər ən çox olimpiya medalı qazanması ilə fərqlənirdi. O, yeganə qadın idmançıdır ki, 9 qızıl medal qazanıb.[4] O, həmçinin ən çox olimpiya medalı qazanan yeganə qadın idmançıdır. Eyni zamanda, bir olimpiadada ən çox qızıl medal qazanan yeganə qadın gimnastdır.

Ailəsi

redaktə

Larisa Latınina, Pelageya Anisimovna Barabamyuk (1902–1975) və Semyon Andreyeviç Diriyin (1906–1943) övladı olaraq dünyaya gəlmişdi. Onun atası, Stalinqrad döyüşündə həlak olmuşdu. Larisa, 3 dəfə ailə həyatı qurub. Onun hal-hazırda evli olduğu həyat yoldaşı, Rusiya Elektrotexniki Elmlər Akademiyasının üzvü və keçmiş yarış velosipedçisi Yuri İzrailoviç Feldmandır. Onun keçmiş nikahından olan qızı Tatyana İvanovna Latınina, folklor rəqqasəsidir. Anasının dünya çempionu olmasından yalnız 5 ay sonra anadan olmuş və onun doğumundan 7 ay sonra Latınina daxili çempionatlarda iddialı olmuşdu. Latınina, hətta öz hamiləliyini məşqçisindən gizli saxlamışdı. Onun həmçinin oğlu var.

Karyerasının sonu

redaktə

Latınina, 1966-cı il dünya çempionatından sonra karyerasını bitirmiş və 1977-ci ilə qədər sovet milli gimnastika yığmasının məşqçisi olmuşdur. Onun rəhbərliyi altında qadınların sovet gimnastika yığması 1968, 1972 və 1976-cı illərdəki Yay Olimpiya Oyunlarında qızıl medallar qazanmışdır. Eyni zamanda, 1980 Yay Olimpiya Oyunlarında gimnastika yarışlarının təşkilatçısı olmuşdur.

O, Rusiya vətəndaşıdır və Semenovskoye şəhəri yaxınlığında yaşayır.

Mükafatları

redaktə

1989: Olimpiya ordeni (gümüş), Beynəlxalq Olimpiya Komitəsi
1998: Larisa Latınina adına Beynəlxalq Gimnastika Zalının istifadəyə verilməsi[5]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Larissa Semjonowna Latynina // Brockhauz Ensiklopediyası (alm.).
  2. ↑ "Arxivlənmiş surət". 2013-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-02.
  3. ↑ Nick Zaccardi; Gennady Fyodorov. "With her all-time record set to fall, little-known Latynina looks back". Sports Illustrated. 10 July 2012. 12 July 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 July 2012.
  4. ↑ Wallechinsky, David; Jaime Loucky. The Complete Book of the Olympics: 2008 Edition. Aurum Press. 2008. 702. ISBN 978-1-84513-330-6.
  5. ↑ "Larissa Latynina – The International Gymnastics Hall of Fame". International Gymnastics Hall of Fame. 24 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 August 2012.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Larisa_Latınina&oldid=8023850"
LOVE.AZ