. Love.az

Latviyada Dovlet Cevrilisi 1934 - Wikipedia - Love.az

Ana Səhifə - Latviyada Dovlet Cevrilisi 1934
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Latviyada dövlət çevrilişi — 1934-cü il mayın 15-də Latviyanın Baş naziri Karlis Ulmanis tərəfindən Latviya iqtidarının işğal olunması. Dövlət çevrilişinin nəticəsində Latviya Konstitusiyasının fəaliyyəti dayandırıldı, Latviya Seymi buraxıldı, Latviyada mövcud olan bütün siyasi partiyaların fəaliyyəti dayandırıldı və bir-sıra qəzetlər qapadıldı.

Karlis Ulmanis 1934-cü ildə

Mündəricat

  • 1 Dövlət çevrilişi zamanı
  • 2 Dövlət çevrilişindən sonra
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Dövlət çevrilişi zamanı

redaktə

1934-cü il mayın 15-dən 16-na ötən gecə Riqa şəhərində yerləşən bütün dövlət əhəmiyyətli binalar hərbçilər, polislər və ayzsarqilər tərəfindən işğal edildi. Daha sonra Baş nazir Karlis Ulmanisin və hərbi nazir general Yanis Balodisin imzaladığı Sərəncam yayımlandı. Sərəncama əsasın altı ay müddətinə bütün Latviya ərazisində hərbi vəziyyət elan edildi və Latviya Konstitusiyasında islahatlar aparılana qədər Latviya Seymi buraxıldı. Həmin dövrdə Latviya Prezidenti olan Albert Kviesisa isə səlahiyyət müddəti başa çatana qədər, yəni 1936-cı il aprelin 11-nə qədər səlahiyyətlərinə davam etdirilməsinə icazə verildi.

Latviyada dövlət çevrilişi zamanı zor tətbiq etmə halları başa vermədi və Latviya ictimaiyyəti çevrilişə etiraz etmədi.

LSDİP liderlərinində daxil olması ilə 2000 yaxın insan həbs edildi. Onların çoxu bir müddət sonra azad edildi, digərləri isə bir il müddətinə olmaqla azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıldı.

Dövlət çevrilişindən sonra

redaktə

Həmçinin bax

redaktə
  • Litvada hərbi çevrilişi (1926)
  • Estoniyada dövlət çevrilişi (1934)

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Latviyada_dövlət_çevrilişi_(1934)&oldid=7701616"
LOVE.AZ