. Love.az

Latviyanin Kisilerden Ibaret Milli Basketbol Komandasi - Wikipedia - Love.az

Ana Səhifə - Latviyanin Kisilerden Ibaret Milli Basketbol Komandasi

Latviyanın kişilərdən ibarət milli basketbol komandası — Latviyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. 1932-ci ildən FİBA-nın üzvüdür. Latviya Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Aynas Baqatskisdir.

Mündəricat

  • 1 Tarixi
  • 2 Çıxışların statistikası
    • 2.1 Olimpiya oyunları
    • 2.2 Avropa çempionatları
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər
  • 5 Həmçinin bax

Tarixi

redaktə
 
1935-ci ildə Avropa çempionu olmuş Latviya milli basketbol komandası

Basketbol üzrə Latviya yığması ilk dəfə 1924-cü ildə yaradılmış və elə həmin il Estoniya yığma komandası ilə oynamaq üçün Tallinə dəvət olunmuşdur. O zaman komandanın tərkibinə Latviya İdman Cəmiyyətinin nümayəndələri olan Vilis Liberts, Nikolay Muzis, Karlis Plorinş, Alfred Raminş, həmçinin Gənc Xristian İttifaqı komandasının üzvləri olan Valdemar Baumanis, Yanis Birkmanis, Adolf Qrasis, və Bronislav Malinovski dəvət olunmuşlar. Bu oyunda Latviya komandası 20:16 hesabı ilə qalib gəlmişdir. 5 yanvar 1925-ci ildə Latviyada keçirilən oyunda isə Latviya yığması 23:30 hesabı ilə məğlub olmuşdur.

1935-ci ildə yarımfinalda İsveçə 28:19, finalda isə İspaniyaya 24:18 hesabı ilə qalib gələn Latviya yığması basketbol üzrə Avropa çempionatının qalibi olmuşdur.

1936-cı ilin avqustunda Latviyanın basketbol komandası Berlində keçirilən Olimpiya oyunlarında Uruqvay komandası üzərində 20:17 hesabı ilə qələbə qazansa da, Kanada yığmasına 23:34, Polşa yığmasına isə 23:28 hesabı ilə məğlub olmuşdur[1].

Çıxışların statistikası

redaktə

Olimpiya oyunları

redaktə
Turnir Mövqe Qələbələr Məğlubiyyətlər
!936-cı il yay Olimpiya oyunları. Basketbol 15-18-ci yerlər 1 2

Avropa çempionatları

redaktə
Turnir Mövqe Qələbələr Məğlubiyyətlər
1935-ci il basketbol üzrə Avropa çempionatı   1-ci yer
1937-ci il basketbol üzrə Avropa çempionatı 6-cı yer 3 2
1939-cu il basketbol üzrə Avropa çempionatı   2-ci yer 5 2
1995-ci il basketbol üzrə Avropa çempionatı Təsnifat qrupunu keçməmişdir - -
1997-ci il basketbol üzrə Avropa çempionatı 16-cı yer 0 5
1999-cu il basketbol üzrə Avropa çempionatı Təsnifat qrupunu keçməmişdir - -
2001-ci il basketbol üzrə Avropa çempionatı 8-ci yer 2 5
2003-cü il basketbol üzrə Avropa çempionatı 13-cü yer 0 3
2005-ci il basketbol üzrə Avropa çempionatı 14-cü yer 0 3
2007-ci il basketbol üzrə Avropa çempionatı 13-cü yer 1 2
2009-cu il basketbol üzrə Avropa çempionatı 13-cü yer 1 2
2011-ci il basketbol üzrə Avropa çempionatı 21-ci yer 0 5
2013-cü il basketbol üzrə Avropa çempionatı 11-ci yer 4 4
2015-ci il basketbol üzrə Avropa çempionatı 8-ci yer 4 5

İstinadlar

redaktə
  1. ↑ 1936 Latvia Men's Olympic Basketball Arxivləşdirilib 2020-09-16 at the Wayback Machine  (ing.)

Xarici keçidlər

redaktə
  • Сайт Латвийской федерации баскетбола (latış.)
  • Профиль на сайте Чемпионата Европы 2009 Arxivləşdirilib 2011-08-13 at the Wayback Machine (ing.)
  • Профиль на сайте ФИБА (ing.)
  • Профиль на сайте Чемпионата Европы 2011 Arxivləşdirilib 2015-09-19 at the Wayback Machine (ing.)

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Latviyanın_kişilərdən_ibarət_milli_basketbol_komandası&oldid=7073668"
LOVE.AZ