. Love.az

Lega - Wikipedia - Love.az

Ana Səhifə - Lega

Leğa (alb. Lezha) — Albaniyada şəhər. Təxminən 2400 illik tarixə malik olan Albaniyanın ən qədim davamlı məskunlaşan şəhərlərindən biridir.[3]

Leğa
Bayraq Gerb
Bayraq Gerb
41°47′ şm. e. 19°38′ ş. u.HGYO
Ölkə
  •  Albaniya
Başçı Pjerin Ndreu[1]
Tarixi və coğrafiyası
Sahəsi 2.58 km²
Mərkəzin hündürlüyü 10 m
Saat qurşağı UTC+1
Əhalisi
Əhalisi 14.687 nəfər (2023[2])
Sıxlığı 5,700 nəf./km²
Rəqəmsal identifikatorlar
Telefon kodu (355) 215
Poçt indeksi 4500
Digər
lezha.gov.al
Leğa xəritədə
Leğa
Leğa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Yerləşməsi
  • 2 Adı
  • 3 Tarixi
  • 4 Əhali
  • 5 Görməli yerləri
  • 6 İstinadlar

Yerləşməsi

redaktə

Şəhər Drin çayı üzərində, çayın Drin körfəzinə axdığı yerin yaxınlığında yerləşir. Leğa əyaləti və Leğa bələdiyyəsinin mərkəzidir.

Adı

redaktə

Şəhərin adı qədim mənbələrdə Lissós (qədim yunanca: Λισσός) və Lissus (lat. Lissus, Lissum) kimi qeyd olunur.[4] Bu adlara numizmatik materiallarda, etnik ΛΙΣΣΙΤΑΝ Lissitan ellinistik dövrə aid sikkə yazılarında, rast gəlinir. Bu yunan toponimi hesab olunur, yunanca da, λισσός lissós, "hamar, hamar qaya, kobud" mənasını verir.[5]

Qədim Lissus adı alban səs dəyişiklikləri nəticəsində müasir forması olan Lezhë (arxaik: Leş)[4] (səslənməsi: Leğa) adına çevrilmişdir.[6]

Qəsəbə türkcə Leş və ya Eşim, italyanca isə Alessio kimi tanınır. Leğa həmçinin Alise, Alexiensis, Eschenderari və ya Mrtav kimi tanınır.

Tarixi

redaktə

Lissos şəhəri (qədim yunanca: Λισσός, lat. Lissus) eramızdan əvvəl 385-ci ildə Sirakuzanın rəhbəri I Dionisi tərəfindən qurulmuşdur. Dionisinin bu şəhəri qurmasında məqsədi, Adriatik boyunca Sirakuzan ticarət yollarının təhlükəsizliyini təmin etmək idi. Şəhər Roma İmperiyası dövründə İllirik əyalətinin bir hissəsi olur.[7]

 
Leja qalası

Eramızdan əvvəl 211-ci ildə. e. Makedoniyalı Filip Akrolissos qalasını ələ keçirdir və Lissos şəhəri ona təslim olur. Şəhər daha sonra İliriyalılar tərəfindən yenidən quruldu. Məhz Lissoda Makedoniyalı Perse İlliriya kralı Gentius ilə Romaya qarşı ittifaq haqqında danışıqlar aparır və oradan Gentius ordusunu romalılara qarşı göndərir. Lissos Makedoniya və İlliriya hökmranlığı altında olarkən öz muxtariyyətini saxlayır. Bunu orada zərb edilən sikkələr sübut edir.

Şəhər Roma vətəndaş müharibəsi zamanı müəyyən əhəmiyyət kəsb edirdi. Bu dövrdə şəhər Mark Antoni tərəfindən tutulur, sonra isə Sezara tabe olur. Roma dövründə şəhər Epirus Nova əyalətinin bir hissəsinə çevrilir.

10-cu əsrdə köhnə akropolun xarabalıqları üzərində Leğanı əsl inzibati mərkəzə çevirən orta əsr qalası tikilir. Qala haqqında ən dəqiq təsviri Bizans tarixçisi vermiş və bu qalanı "havada asılmış" və Durresin "sağ gözü" adlandırmışdır.

Yonima ailəsindən olan alban ağası Vladislav Yonima, 1319-cu ildə Papa tərəfindən Leğa ətrafındakı ərazinin hökmdarı kimi tanınır. O, Diokleya və Albaniya sahilinin qrafı tituluna sahib idi.[8] 14-cü əsrin sonlarında isə, Mat və Leğa arasındakı ərazinin rəhbəri alban ağası Dhimiter Jonima olur.[9]

 
Səlimiyyə məscidi ərazisində tikilmiş İsgəndər bəyin xatirə abidəsi.

XIV əsrdə Bizans İmperiyasının dağılması ilə şimali Alban knyazları arasında şiddətli mübarizə başlayır. Vətəndaş çəkişmələri nəticəsində qala hakim ailələr arasında, qüvvələr nisbətindən asılı olaraq, əldən-ələ keçir. Lakin bu dövrdən əvvəlki tarixi sənədlərdə qalanın hökmdarları kimi, Leğanın böyük ailə sülaləsi (Dukaqjini qəbiləsinin Proqon və Tanuş qolları) göstərilir.

Orta əsrlərdə Leğa tez-tez sahibini dəyişir. Bu vəziyyət, 1386-cı ildə venesiyalılar ona sahib olana qədər davam edir. 1478-ci ildə isə, Şkodranın mühasirəsi zamanı, şəhər, qısa müddətlik Osmanlı imperiyasının əlinə keçsə də, sonra təkrar yenə də Venesiyaya tabe olur.[10] Şəhər Venesiya nəzarətində olduğu üçün 1444-cü ildə Alban milli qəhrəmanı İsgəndər Bəy tərəfindən, alban zadəganlarının və bölgənin bəylərinin türklərə qarşı ümumi müdafiəsini təşkil etmək məqsədilə keçirilən, qurultay üçün neytral yer kimi seçilir.[11] Bu qurultay Leğa liqası adını alır.

Bu gün Leğa böyüyən və sürətlə inkişaf edən bir şəhərdir. Albaniyanın əsas dəniz limanlarından biri olan Şengini limanına yaxın ərazidə yerləşir. Bu yaxınlıq, eləcə də Monteneqro sərhədindən şimala və Tiranadan cənuba uzanan magistiral yolların üzərində yerləşməsi, onu sənaye və biznes üçün cəlbedici məkana çevirir.

Əhali

redaktə
Tarixi əhali
İlƏh.±%
19501.084—    
19602.458+126.8%
19694.100+66.8%
19796.900+68.3%
198910.348+50.0%
200114.420+39.4%
201115.510+7.6%
202314.687−5.3%
Mənbə: [2][12][13]

2023-cü il siyahıyaalınmasına görə .əhər əhalisinin sayı 14,687 nəfərdir.

Leğa bələdiyyəsinin toplam əhalisi isə, 51,354 nəfərdir.

Əhali əsasən albanlardan ibarətdir.

Görməli yerləri

redaktə
  • Səlimiyə məscidi — Əvvəllər kilsə, sonralar məscid olub. Hal hazırda Alban milli qəhrəmanı İsgəndər bəyin xatirəsinə ucaldılmış abidə kimi fəaliyyət göstərir.
  • Spaç həbsxanası

Həmçinin 2004-cü ildən qədim Lissos Akropolu və İsgəndər bəy xatirə abidəsinin ətrafında aparılan qazıntılarda Ellinistik, Roma və Erkən Bizans dövrünə aid tikililər, türbələr və digər tapıntılar aşkar edilmişdir.[14]

İstinadlar

redaktə
  1. ↑ "Kryetari i Bashkisë" (alban). Bashkia Lezhë. 3 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 November 2021.
  2. ↑ 1 2 "Census of Population and Housing". Institute of Statistics Albania. 2025-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-04-15.
  3. ↑ Sedlar, 2013. səh. 111
  4. ↑ 1 2 Gaffiot, 1934. səh. 915: "Lissus".
  5. ↑ Lippert, Matzinger, 2021. səh. 132
  6. ↑ Katičić, 1976. səh. 186
  7. ↑ Diodorus Siculus, Library Arxiv surəti 23 aprel 2008 tarixindən Wayback Machine saytında (ing.)
  8. ↑ Winnifrith, Tom. Badlands, Borderlands: A History of Northern Epirus/Southern Albania (ingilis). Duckworth. 2002. səh. 75. ISBN 978-0-7156-3201-7. Also for Justinian's reign there survives a catalogue of towns in the Empire, the Synecdemus of Hierocles." "In Epirus Nova we find Apollonia, Byllis, Amantia, Pulcheropolis (Berat), Aulon (Vlore), Lychnidus (Ohrid) and the unknown Alistion, possible the modern Lezhe, and Skepton
  9. ↑ Anamali, Skënder; Prifti (2002) (in Albanian). Historia e popullit shqiptar në katër vëllime. Botimet Toena. ISBN 99927-1-622-3 p. 267
  10. ↑ Catholic Encyclopedia, article "Alessio (Lissus, Alexiensis)"
  11. ↑ Schmitt Jens O.(2009) Skanderbeg, Der neue Alexander auf dem Balkan, Verlag Friedrich Pustet, pp. 55,56
  12. ↑ "Cities of Albania". 2025-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-04-15.
  13. ↑ "Albania: All places/communes". 2025-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-04-15.
  14. ↑ Karl-Franzens Universitat, Lissus excavation report 2004. Arxiv surəti 29 iyun 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2011-06-29 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Leğa&oldid=8145747"
LOVE.AZ