V. İ. Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyası (rus. Всесоюзная академия сельскохозяйственных наук имени В. И. Ленина) və ya qısaca "VASXNİL" (rus. ВАСХНИЛ)[5] — SSRİ-nin su, meşə və kənd təsərrüfatı üzrə ali elmi-tədqiqat və əlaqələndirmə-metodik müəssisəsi.[6][7] Onun sisteminə 150-dən çox elmi müəssisə daxil idi.[8]
Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyası | |
---|---|
![]() | |
Yaranma tarixi | 25 iyun 1929[1][2] |
Ləğvolma tarixi | 30 yanvar 1992[1] |
Rəsmi dili | |
Mərkəzi | |
Sədr | Nikolay Vavilov[3][1], Nikolay Vavilov[1], Trofim Lısenko[4][1], Trofim Lısenko[1] |
![]() |
25 iyun 1929-cu ildə SSRİ Xalq Komissarları Sovetinin "V. İ. Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının təşkili haqqında" dekreti verilmişdir. Bu tarix "VASXNİL"-in yaranma günü hesab olunur.[9]
1930–1940-cı illərdə "VASXNİL" görüşləri lısenkoçular və genetiklər arasında polemika üçün platforma rolunu oynamışdır.[10] 1936-cı ildə "VASXNİL"-in dekabr sessiyasından sonra (19–27 dekabr 1936-cı il) Trofim Lısenko "VASXNİL"-ə nəzarəti ələ keçirmiş, bundan sonra akademiya otuz il ərzində lısenkoçuluq qalasına çevrilmişdir. "VASXNİL"-in avqust sessiyasında (31 iyul–7 avqust 1948) "Mendel-Veysman-Morqan" genetikasının tədrisinə rəsmi qadağa qoyulmuşdur.[10] 1949-cu ildə akademiya "Lenin" ordeni, 1979-cu ildə isə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir.[6]
1992-ci ildə SSRİ-nin dağılması və müstəqil Rusiyanın yaranması ilə əlaqədar akademiya fəaliyyətini dayandırmışdır.[7]