. Love.az

Leyb Qvardiyanin Qafqaz Eskadronu - Wikipedia - Love.az

Ana Səhifə - Leyb Qvardiyanin Qafqaz Eskadronu

Leyb-Qvardiyanın Qafqaz eskadronu — Leyb-Qvardiya-Rusiya imperatorlarını mühafizə edən xüsusi birlik idi. 18 may 1811-ci ildə mühafizə xidməti, 18 noyabr 1856-cı ildə isə Qafqaz eskadronu yaranıb. Bu birlik bir neçə eskadrondan ibarət idi. Əsası Qafqaz eskadron sayılırdı. Bu eskadron özündə 4 taqımı birləşdirirdi.

  • 1-ci taqım-provaslav gürcü knyaz və zadəganlarından ibarət gənclərdən
  • 2-ci taqım-Terski diyarının əsilzadə dağlı gənclərindən
  • 3-cü taqım-Dağıstanın və Acarıstanın əsilzadə gənclərindən
  • 4-cü taqım-Zaqafqaziyanın müsəlman xan və bəy soylarından ibarət gənclərdən

Digər qvardiyalardan fərqli bu eskadron birbaşa Sankt-Peterburq hərbi dairəsinə bağlı idi. Bu eskadron imperatoru və məiyyətini müşayiət edirdi. Çarın qərar tutduğu Krasno Selo (Красно Село) düşərgəsində yerləşirdi. Eskadronun bəzi üzvləri Krım müharibəsində və 1877–1878 Rusiya-Osmanlı müharibəsində rus ordusunun tərkibində iştirak ediblər. Rusiya imperatorununun konvoyunda xidmət göstərən sonuncu azərbaycanlı 1903-cü ilin aprel ayında Leyb-Qvardiyanın Kuban eskadronunda sotnik rütbəsində xidmətə başlamış Aleksandr Rzaqulu Mirzə olub.[1] 30.03.1917-ci ildə eskadron buraxılıb.

Eskadronun azərbaycanlı qvardiyaçıları

redaktə
  • Fərəc bəy Ağayev
  • Hacı Səfərəli bəy Səfərbəyov
  • Rüstəm bəy Mirzəyev
  • Səlim bəy Rüstəmbəyov
  • Şəfi bəy Fətəlibəyov
  • İsmayıl ağa Bədirbəyov
  • Əsəd bəy Səlimxanov
  • Bala xan Şirvanski
  • Cavad bəy Əmircanov
  • İsa bəy Abdinov
  • Aleksandr Rzaqulu Mirzə
  • Rzaqulu mirzə Qovanlı-Qacar
  • Fətəli mirzə Qovanlı-Qacar

Mənbə

redaktə
  • Галушкин Н. В. Собственный Его Императорского Величества Конвой, М., 2004 Arxivləşdirilib 2009-04-03 at the Wayback Machine. Первое издание Сан-Франциско, 1961.

Həmçinin bax

redaktə
Hərb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
  1. ↑ Azərbaycanlılar Rusiya imperatorlarının konvoyunda Arxivləşdirilib 2021-08-31 at the Wayback Machine Eldar Elxan oğlu İsmayılov, İrs jurnalı, № 2 (80), 2016
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Leyb-Qvardiyanın_Qafqaz_eskadronu&oldid=7542612"
LOVE.AZ