Leyla Bəkir qızı İmanova (30 noyabr 1960, Bakı) — Azərbaycan alimi, tibb üzrə fəlsəfə doktoru.
Leyla İmanova | |
---|---|
Leyla Bəkir qızı İmanova | |
Doğum tarixi | 30 noyabr 1960(1960-11-30) (64 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Nazim İmanov |
Atası | Bəkir Nəbiyev |
Anası | Ədalət Səmədova |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | |
Təhsili | |
Mükafatları |
Leyla İmanova 30 noyabr 1960-cı ildə tanınmış alim Bəkir Nəbiyevin ailəsində dünyaya göz açmışdır. 1968–1975-ci illərdə Bakı şəhərində yerləşən 16 saylı musiqi məktəbini oxumuş, 1968–1978-ci illərdə isə 225 saylı orta məktəbi bitirmişdir. 1978–1984-cü illərdə Azərbaycan Dövlət Tibb Universiteti, Müalicə–profilaktika fakültəsi, müalicə işi üzrə həkim ixtisasına yiyələnən L. İmanova 1993–1995-ci illərdə AMEA, "İnsan fiziologiyası" ixtisası üzrə aspirantura təhsili almışdır.
Nazim İmanovla ailəlidir, iki övladı var.