. Love.az

Lifli Vasinqtoniya - Wikipedia - Love.az

Ana Səhifə - Lifli Vasinqtoniya

Lifli vaşinqtoniya (lat. Washingtonia filifera) — bitkilər aləminin arekaçiçəklilər dəstəsinin arekakimilər fəsiləsinin vaşinqtoniya cinsinə aid bitki növü.

Lifli vaşinqtoniya
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Klad:
Kommelinidlər
Dəstə:
Arekaçiçəklilər
Fəsilə:
Arekakimilər
Yarımfəsilə:
Coryphoideae
Triba:
Trachycarpeae
Cins:
Vaşinqtoniya
Növ:
Lifli vaşinqtoniya
Beynəlxalq elmi adı
  • Washingtonia filifera de Bary
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  42514
NCBI  145714
EOL  1127834

Mündəricat

  • 1 Təbii yayılması
  • 2 Botaniki təsviri
  • 3 Ekologiyası
  • 4 Azərbaycanda yayılması
  • 5 İstifadəsi
  • 6 Sinonimləri
    • 6.1 Homotipik sinonimləri
  • 7 Yarımnövləri
  • 8 İstinadlar
  • 9 Həmçinin bax

Təbii yayılması

redaktə

Təbii şəraitdə ABŞ və Meksikanın cənub ştatlarında tropik ərazilərdə bitir.

Botaniki təsviri

redaktə

Hündürlüyü 20 m-ə çatan, tezböyüyən düz gövdəli bitkidir. Yelpik formalı, iri yarpaqcıqlardan ibarət çətirə malikdir. Yarpaqların uzunluğu 14–45 sm, yaşıl rəngli, cod saplaqlı, ag liflidir. Saplaqları iynələrlə örtülmüşdür. Kanarları tikanlıdır. Yarpaq saplağının uzunluğu 1,5–2,5 m-ə çatır. Ləkvari, çətirşəkilli, çoxsaylı hissələri yarpaq ayasının bünövrəsindən çıxır yarpağın ucunda hissələrə bölünür. İlk yarpaqlar əvvəlcə açıq yaşıl rəngdə, sonradan tünd-yaşıl rəngdə olur. Bənövşəyı rəngli çiçəyi iri və ətirlidir. Çiçəkləri ikicinsli, qoltuq çiçək qruplarına yığılmışdır, çiçəklədikdən sonar onların yerində uzunluğu 15 mm-ə qədər, yeməli qara giləmeyvələr əmələ gəlir. Çiçəkləmə fazasına may-iyun aylarında başıayır. Meyvəsi avqust-sentyabr aylarında yetişir. Meyvəsinin diametric 1–1,5 sm-dir, sarı rəngdədir. Toxumu xırda və dairəvi formadadır. Toxumla çoxaldılır.

Ekologiyası

redaktə

İşıqsevəndir, ancaq düz günəş şüalarından qorunmalıdır. Yarpaq çürüntülü, çimli, torflu, qumlu torpaqlarda yaxşı bitir.

Azərbaycanda yayılması

redaktə

Abşeronda, cənub rayonlarda mədəni şəraitdə becərilir.

İstifadəsi

redaktə

Yaşıllıqlarda tək və ya qrup əkinlərində istifadə edilir.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Brahea filifera (T.Moore & Mast.) W.Watson
  • Neowashingtonia filifera (T.Moore & Mast.) Sudw.
  • Pritchardia filifera T.Moore & Mast.
  • Washingtonia filifera var. typica M.E.Jones

Yarımnövləri

redaktə
  • Washingtonia filifera var. filifera
  • Washingtonia filifera var. robusta (H.Wendl.) Parish
  • Washingtonia filifera var. sonorae (S.Watson) M.E.Jones

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Lifli_vaşinqtoniya&oldid=7555880"
LOVE.AZ