Linkoln abidəsi (Lincolnmonumentet) Norveçin Oslo şəhərindəki Froqner parkında yerləşir. Əsərin müəllifi Pol Fyeldedir. Abidə 1914-cü il iyulun 4-də ABŞ-ın Şimali Dakota ştatı tərəfindən Norveçə hədiyyə edilmişdir. O, Henriett Veqner pavilyonu yaxınlığında, 19-cu əsrdə tikilmiş mənzərəli parkda yerləşir. Bürünc lövhədə Gettisberq nitqindən bir hissə qeyd edilib:"Xalqın, xalq tərəfindən, xalq üçün idarəçi olduğu bu dövlətin yer üzündən silinməsin" ("Government of the people, by the people, for the people, shall not perish from the earth."). Sol tərəfdəki lövhədə bu yazı yerləşdirilib: "Şimali Dakota, ABŞ xalqı xalqı tərəfindən Norveçə hədiyyə edilmişdir" ("Presented to Norway by the people of North Dakota, U.S.A. July 4th, 1914.").[1][2]
500 funtluq bürünc büst 4 iyul 1914-cü ildə Osloda bir neçə nüfuzlu şəxsin iştirakı ilə ictimaiyətə təqdim olundu. Təqdimatçılar arasında Şimali Dakota qubernatoru Lui Bencamin Hanna, Karl Berner və Yörgen Lövland yer almışdı.[3]
Abidə 1999-cu ildə Qamleparkendən hazırda olduğu yerə köçürüldü.[4] İndiki yerləşdiyi yer Oslo Muzeyindən şərqdədir (Froqner Menor adlanan yerdə).