Lissabon Elmlər Akademiyası (port. Academia das Ciências de Lisboa) — Portuqaliyada akademik tərəqqi və rifahı təşviq etmək ilə elmin inkişafına həsr olunmuş milli akademiya.[1] Portuqaliyanın ən nüfuzlu elmi qurumlarından biridir və Portuqal dilinin rəsmi tənzimləyicisidir.
Lissabon Elmlər Akademiyası | |
---|---|
![]() | |
![]() | |
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | 24 dekabr 1779, 1789 |
Sayt | acad-ciencias.pt |
Mükafatlar |
![]() |
![]() |
Akademiya 24 dekabr 1779-cu ildə Portuqaliyanın Lissabon şəhərində, akademiyanın ilk prezidenti olmuş Juan Karlos de Braganza, 2-ci Lafoynş hersoqu və akademiyanın ilk baş katibi Xose Korreya da Serra tərəfindən yaradılmışdır.[2].
Akademiya 1783-cü ildə Portuqaliya Kraliçası I Mariya tərəfindən kral himayəsi aldı və quruma Kral Elmlər Akademiyası (Real Academia das Ciências) adı verildi.
1834-cü ildən Akademiya Lissabon şəhərinin Bairro Alto rayonunda yerləşir.
İlk olaraq Akademiya üç şöbədən - dəqiq elmlər, təbiət elmləri və təsviri sənət elmləri şöbələrindən ibarət idi. 1851-ci ildə şöbələr birləşdirildi və Akademiya iki şöbədən - təbiət elmləri və humanitar elmləri şöbələrindən ibarət oldu.[3]
1910-cu il inqilabından sonra Akademiya Lissabon Elmlər Akademiyası adlandırıldı.[4]
Lissabon Elmlər Akademiyasının tərkibində 30 həqiqi üzv (akademik), 60 müxbir üzv, habelə xarici üzvlər və fəxri üzvləri var. Akademiya Beynəlxalq Elm Şurasının ilk milli üzvlərindən biri, Avropa Elm Fondunun iki portuqal üzvündən biri və Kral Cəmiyyətinin (Böyük Britaniya) Avropa Elmi Mübadilə Proqramının Portuqaliyalı tərəfdaşı olmuşdur.
Lissabon Elmlər Akademiyasının şöbələrinin hər birində bir sıra bölmələr var.
Şöbə portuqal dilinin tənzimləyicilərindən biridir. Şöbəyə aşağıdakı bölmələr daxildir:
Akademiyanın iki əsas institutu var: