. Love.az

Litva Litasi - Wikipedia - Love.az

Ana Səhifə - Litva Litasi

Litva litası, lita (lit. litas, çox sayda litai, litų) — 1922-1940 və 1993-cü ildən Litvanın pul vahidi. 100 sentdən ibarətdir (lit. centas, çox sayda centai, centų).

200 Litva litası

ISO 4217 sistemində beynəlxalq kodu LTL.

Mündəricat

  • 1 Tarixi
  • 2 Valyuta kursu rejimi
  • 3 Mənbə
  • 4 İstinadlar

Tarixi

redaktə

Birinci Dünya müharibəsindən sonra müstəqil Litva Respublikası ərazisində digər dövlətlərin valyutaları dövriyyədə idi.

Milli pul vahidi olan lit dövriyyəyə 2 oktyabr 1922-ci il tarixindən buraxıldı. Litva SSRİ tərkibinə qatıldıqdan sonra (1940), 25 mart 1941-ci ildən lit SSRİ rublu ilə əvəz edildi.

Lit yenidən dövriyyəyə ikinci müstəqillik dövründə, 25 iyun 1993-cü il tarixindən buraxıldı.

Valyuta kursu rejimi

redaktə

25 iyun 1993-cü ildən 31 yanvar 2002-ci ilədək lit ABŞ dollarına 4:1 nisbəti ilə bağlanmışdı, 1 fevral 2002-ci ildən isə avroya 3,4528:1 nisbəti ilə bağlandı. Bu nisbət Litvada avronun istifadəsinə qədər qalacaqdır.[1]

Mənbə

redaktə
  • Litvada pullar
  • Litva Bankının rəsmi saytında banknot və sikkələr Arxivləşdirilib 2012-09-19 at the Wayback Machine
  • MDB və Baltikyanı ölkələrin sikkələri
  • Litva əskinazlarının ensiklopediyası Arxivləşdirilib 2013-01-18 at the Wayback Machine
  • Litva sikkə evinin rəsmi saytı  (ing.)

İstinadlar

redaktə
  1. ↑ "De Facto Classification of Exchange Rate Regimes and Monetary Policy Frameworks". 2012-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-25.
  Vikianbarda Litva litası ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Litva_litası&oldid=7905517"
LOVE.AZ