Livingston (ing. Livingston Island), həmçinin Smolensk[1] — Cənubi Şetland adaları qrupuna daxil olan ada.
Livingston adası | |
---|---|
ing. Livingston Island | |
![]() Qrinviç adasının yerləşməsi. | |
Ümumi məlumatlar | |
Sahəsi | 798 km² |
Uzunluğu |
|
Eni | 35 km |
Hündür nöqtəsi | 1700 m |
Əhalisi |
|
Yerləşməsi | |
62°36′00″ c. e. 60°30′00″ q. u.HGYO | |
Ölkə |
![]() |
Arxipelaq | |
![]() |
Antarktidada yerləşən Rokmorel burnundan 110 km şimal-qərbdə yerləşir. Horn burnundan isə 809 km məsafədə yerləşir. Dieqo-Ramires adalarından 796 km, Folklend adalarından 1063 km, Cənubi Georgiyadan 1571 km, Cənub qütbündən isə 3040 km məsafədə qərarlaşır.
Livinqston adasından qərbdə Qrinviç adası, şərqdə Snou adası, şimalda isə Desepşen adası yerləşir. Ada qərbdən şərqə 73 km, şimandan cənuba isə 5–36 km məsafədə uzanır. Livinqston adasının sahəsi 798 km²[2][3] təşkil edir.
Yaxınlığında çoxlu sayda kiçik ada və qayalıqlar vardır. Nisbətən iri adalardan Raqqid və Aypara adasını göstərmək olar. Demək olar ki, ada bütünlüklə buzla örtülüdür. Bircə Bayers yarımadası (61 km²) buzdan azadır. Üzərində vulkanik külünün təbəqəsinə rast gəlinir. Bu isə Desepşen adasındakı vulkanın təsiri ilə meydana gəlmişdir[4]. Adanın ən hündür zirvəsi Frislend zirvəsidir. Zirvə Tanqra dağlarının bir pikidir. Dağın hündürlüyü 1700 metr təşkil edir.
İqlimi olduqca qlsa vaxt ərzində dəyişə bilir. Havası küləkli, rütubətli və yağmurludur. Yayda temoeratur + 3 °C, qışda isə 11 °C təşkil edir. Güçlü küləklər zamanı temoeratur 5-10 dərəcə aşağı enir. Fevral ayınln orta temperaturu +2,6 °C, avqust ayının isə -4,6 °C təşkil edir. İllik yağıntınln miqdarı 377 mm[5]-dir
Ada ilk dəfə 19 fevral 1819 ildə ingilis Vilyams Smit kəşf etmişdir. O, 60°Cənub enliyində olan insan olmuşdur[6]. İki il sonra 6 fevral 1821 ildə adanın cənubunda Faddey Bellinshauzenlə Nataniel Palmer görüşmüşlər. Bellinshauzen adanın dəqiq yerini müəyyənləşdirərək onun təsvirini vermişdir. Adanı Smolensk döyümü şərəfinə Smolensk adlandırmışdır[7]. Adanı ingilis və amerikanlar Frislend[3] adlandırırdılar.
Livinqston adının təqtiqlənmədindən sonra[8] Smolensk toponiminin qorunması məqsədi ilə adanı Desepşen adasından ayıran boğaza Smolensk adı yerilmişdir[9].
1957-58 illərdı Hanna burnunda Britaniyaya məxsus olan Station P stansiyası fəaliyyət göstərirdi. 1988 ildən adada iki daimi qütb stansiyası fəaliyyət göstərir.