. Love.az

Lotu Hikmet - Wikipedia - Love.az

Ana Səhifə - Lotu Hikmet

Hikmət Məmmədqulu oğlu Muxtarov (rus. Хикмет Мамедгули оглы Мухтаров; 3 noyabr 1956, Sabirabad rayonu – 7 aprel 2006, Moskva) — Sabirabadlı Hikmət və ya Lotu Hikmət ləqəbli azərbaycanlı kriminal avtoritet, qanuni oğru.

Lotu Hikmət
Hikmət Məmmədqulu oğlu Muxtarov
Doğum tarixi 3 noyabr 1956
Doğum yeri Kürkəndi, Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 7 aprel 2006 (49 yaşında)
Vəfat yeri Moskva, Mərkəz Federal Dairəsi, Rusiya Federasiyası
Vəfat səbəbi Sui-qəsd
Uşaqları 1 oğlu və 1 qızı
Atası Məmmədqulu Muxtarov
Milliyyəti azərbaycanlı
Təhsili ADİU
Fəaliyyəti qanuni oğru, çirkli pulların yuyulması
Fəaliyyət illəri 1974–2006

Mündəricat

  • 1 Həyatı və fəaliyyəti
  • 2 İstinadlar
  • 3 Mənbə
  • 4 Xarici keçidlər

Həyatı və fəaliyyəti

redaktə

Hikmət Muxtarov 1956-cı il noyabrın 3-də Sabirabad rayonunun Kürkəndi kəndində anadan olub. 1974-cü ildə Xalq Təsərrüfatı İnstitutunda təhsil alarkən Bakı şəhər Prokurorluğunun müstəntiqinin oğlu ilə dalaşıb və üç il azadlıqdan məhrum edilib. Cəzasını Bakıda 5 saylı İslah Əmək Koloniyasında və Xələc düşərgəsində çəkib.

1981-ci ildə 7 il azadlıqdan məhrum edilib.

Dördüncü cəzalanma müddətində aclıq aksiyasına başlayıb və düşərgədəki bütün dustaqların ona qoşulması işinin üstünə 3 il əlavə olunması ilə nəticələnib.

"Böyük qardaş" ləqəbi ilə Novoçerkassk qapalı həbsxanasına göndərilib. Sankt-Peterburq "Kresti" kiçmanında və Vorkuta həbsxanalarında cəza çəkib.

1997-ci ildə Bakıda həbs olunub və iki gün sonra azadlığa buraxılıb.

2001-ci ildə 8 il azadlıqdan məhrum edilib. 1 il 3 aydan sonra əməlində cinayət tərkibi tapılmadığından həbsdən azad edilib.

"Lotu Hikmət" ləqəbli Hikmət Muxtarov, 2006-cı il aprel ayının 7-də Moskvadakı Leninqrad prospektinə qətlə yetirilib. Qatillər o ofisdən çıxıb avtomobilinə minmək istəyərkən ona avtomat və tapançadan atəş açıblar. 11 apreldə onun cəsədi təyyarə ilə Azərbaycana göndərilib və Kürkəndi kəndindəki qəbiristanlıqda dəfn edilib. Onun dəfn mərasimində 2 minə yaxın şəxs iştirak edib.[1]

Hikmət Muxtarovun bir oğlu və bir qızı var.

İstinadlar

redaktə
  1. ↑ РАФАЭЛЬ Ъ-МУСТАФАЕВ. "Полиция простилась с авторитетом по понятиям". Газета "Коммерсантъ". 12.04.2006. 2013-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-16.

Mənbə

redaktə
  • [1] Arxivləşdirilib 2013-03-04 at the Wayback Machine

Xarici keçidlər

redaktə
  • kulis.az. "Bəhram Çələbi: "Moskvada Lotu Bəxtiyarın sümüklərini sındırmışdılar"" (az.). bolgexeber.com. 26.04.2013. İstifadə tarixi: 2014-05-30.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Lotu_Hikmət&oldid=7257730"
LOVE.AZ