Lublin ittifaqı (pol. Unia lubelska; lit. Liublino unija; ukr. Лю́блінська у́нія; belar. Лю́блінская у́нія) — Böyük Litva knyazlığı və Polşa Krallığı arasında baş vermiş milli birləşmə və seçmə monarxiyaya əsaslanan Litva-Polşa ittifaqı.
Yaqaylo 1386-cı ildə xristianlığı qəbul edərək II Vadislav adını aldı və 11 yaşlı Polşa kraliçası Yadviqa ilə evlənir. Beləliklə, Yaqellon sülaləsinin üzvləri həm Litvanın, həm də Polşanın hökmdarı oldular. Ancaq iki ölkənin hökmdarları eyni olsa da, dərhal birləşmədilər. Ancaq 1569-cu ildə Yaqellon sülaləsinin son kralı II Sigizmund Avqustun uşaqsız ölməsindən sonra iki dövlətin maqnatları (zadəganları) Lublin müqaviləsini imzalamaq üçün 1 iyul 1569-cu ildə Polşanın Lublin şəhərində bir araya gəldi və iki dövləti bir araya gətirdilər. Beləliklə, Polşa-Litva Birliyi yaradıldı. Bu tarixdən sonra, 1795-ci ildəki parçalanmaya qədər Polşa və Litva bir kral, bir məclis (Seym) və bir senat tərəfindən idarə edildi.