. Love.az

Luka Yovic - Wikipedia - Love.az

Ana Səhifə - Luka Yovic

Luka Yoviç (Лука Јовић; 23 dekabr 1997-ci il, Biyelina, Bosniya və Herseqovina) — Serbiyalı futbolçu. İtaliyanın Fiorentina və futbol üzrə Serbiya Milli komandasının hücumçusu.

Luka Yoviç
serb-kiril. Лука Јовић
Luka Yoviç DÇ-2018-də
Luka Yoviç DÇ-2018-də
Ümumi məlumatlar
Doğum tarixi 23 dekabr 1997(1997-12-23)[1][2] (27 yaş)
Doğum yeri
  • Loznisa[d], Maçva dairəsi, Serbiya Respublikası
Vətəndaşlığı
  •  Serbiya
Boyu 182 sm[1]
Çəkisi 75 kq
Mövqeyi hücumçu
Klub haqqında məlumat
Klub Real Madrid
Karyerası
Gənclik karyerası
2005—2014 Srvena Zvezda
Klub karyerası[* 1]
2014—2016 Srvena Zvezda 42 (12)
2016—2017 Benfika B 18 (4)
2016—2019 Benfika 2 (0)
2017—2019 Ayntraxt Frankfurt (icarə əsasında) 49 (25)
2019 Ayntraxt Frankfurt 5 (0)
2019— Real Madrid 0 (0)
Milli yığma[* 2]
2018— Serbiya Serbiya 4 (1)

  1. ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. ↑ Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Klub karyerası
    • 2.1 Həvəskar karyerası
    • 2.2 2013–2014-cü illər mövsümü
    • 2.3 2014–2015-ci illər mövsümü
    • 2.4 2015–2016-cı illər mövsümü
    • 2.5 Benfika
    • 2.6 Ayntraxt Frankfurt
    • 2.7 2018–2019-cu illər mövsümü
  • 3 Milli komanda karyerası
  • 4 İstinadlar

Həyatı

redaktə

Luka Yoviç Biyelina şəhərinin yaxınlığında yerləşən Batar qəsəbəsində Milan və Svetlana Yoviçlərin ailəsində dünyaya gəlmişdir. 2002-ci ildə 5 yaşında olarkən Serbiyanın qərbində yerləşən Loznitsa şəhərində həvəskar futbola başlamışdır. Burada oynadığı oyunların birində "Srvena Zvezda FK"-nın oyunçu izləmə komitəsi tərəfindən klubun futbol məktəbinə qəbul edilmişdir.

Klub karyerası

redaktə

Həvəskar karyerası

redaktə

2005-ci ildə Luka Yoviçə "Srvena Zvezda FK"-da oynamaq təklif edildi. Bundan başqa, "Partizan FK" da Yoviçin atasına aylıq 200 avroluq maaş ilə oğlunu komandalarına gətirməsini istəmişdir, lakin Milan Yoviç oğlunun "Srvena Zvezda FK"-da oynamasını istəmişdir.

2013–2014-cü illər mövsümü

redaktə

Luka Yoviç, 28 may 2014-cü ildə; 16 yaşında olarkən peşəkar karyerasının ilk oyununa "Voyvodina FK" qarşısında çıxmışdır. Həmin oyunda qol vuraraq klub tarixində rəsmi qarşılaşmalarda qol vuran ən gənc futbolçu olmuşdur. Belə ki, oyuna girdikdən 2 dəqiqə sonra qol vuraraq komandasına 1 xal qazandırmışdır. Bu nəticə ilə birlikdə "Srvena Zvezda FK" 2013–2014-cü illər mövsümünün çempionu olmuşdur.

2014–2015-ci illər mövsümü

redaktə

18 oktyabr 2014-cü ildə Yoviç "Belqrad derbisi"ndə oynayan ən gənc oyunçu olmuşdur. Luka Yoviç həmin mövsümdə qış fasiləsinə qədər 6 qol vurmağı bacarmışdı. Mövsümdə ilk qolunu "Srvena Zvezda FK"-nın 70 illik yubileyini qeyd etdiyi gün "Voyvodina" komandasına vurmuşdur. 17 may 2015-ci ildə klubu ilə 3 illik yeni müqavilə imzalamışdır.

2015–2016-cı illər mövsümü

redaktə

Mövsümün başlanğıcında Yoviç artıq klubunun Huqo Viyera ilə birlikdə əsas hücumçusu idi. İlk 3 matçda 5 qol vurmağı bacarmışdı. Gənc oyunçunun bu performansı artıq Avropanın bir sıra klubları tərəfindən izlənilirdi.

Benfika

redaktə

2016-cı ilin fevral ayında Luka Yoviç Portuqaliya çempionu "Benfika" ilə 5 illik müqavilə imzalamışdır. Uzun müddət klubun əvəzedici komandasında oynamışdır. Əsas komandada ilk oyununda isə 30 yanvar 2017-ci ildə "Vitoriya Setubal" klubuna qarşı oynamışdır. Həmin qarşılaşmada oyunun 81-ci dəqiqəsində meydana daxil olmuşdur.

Ayntraxt Frankfurt

redaktə

2017-ci ilin iyun ayında Yoviç 2 illik icarə əsasında "Ayntraxt Frankfurt" komandasına transfer olunmuşdur. 2017–2018-ci illər mövsümündə Almaniya kubokunun sahibi olan komandada Yoviç də 5 oyunda iştirak etmiş və yarım-final oyununda "Şalke"yə qol vurmağı bacarmışdır. Finalda isə "Bayern Münhen" klubunu 3–1 hesabı ilə məğlub edərək kuboku muzeylərinə aparmışdırlar.

2018–2019-cu illər mövsümü

redaktə

19 oktyabr 2018-ci ildə "Fortuna Düsseldorf" komandasını 7–1 məğlub etdikləri matçda 5 qol vuran Yoviç "Bundesliqa" tarixində bir oyunda 5 qol vuran ən gənc oyunçu olmuşdur. 17 aprel 2019-cu ildə komanda onun icarə əsasında olan müqaviləsinin müddətini 2023-cü ilə qədər uzatmışdır.

Milli komanda karyerası

redaktə

2018-ci ilin may ayında Serbiya milli komandasının Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatındakı iştirak ərizəsinə daxil edilmişdir. İyunun 4-də milli komandadakı ilk oyununa Çili milli komandası ilə oynanan yoldaşlıq oyunda çıxmışdır. 20 mart 2019-cu ildə milli komandadakı ilk qolunu Almaniya millisi ilə oynanan yoldaşlıq görüşündə vurmuşdur.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Luka Jovic // Transfermarkt (çd.). 2000.
  2. ↑ Luka Jović // FBref (çd.).
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Luka_Yoviç&oldid=6998897"
LOVE.AZ