Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Şəmsüş-şüəra Kəmaləddin Möhtəşəm Kaşani (1528, Kaşan, İsfahan ostanı – 1 fevral 1588) — İran şairi.
Möhtəşəm Kaşani | |
---|---|
Doğum tarixi | 1528 |
Doğum yeri | |
Vəfat tarixi | 1 fevral 1588(1588-02-01) |
Fəaliyyəti | şair |
Şəmsüş-şüəra Kəmaləddin Möhtəşəm Kaşani Kaşanda dünyaya gəlmiş, Möhtəşəm, I Şah Təhmasib Səfəvinin hakimiyyəti illərində yaşamışdır. Təvəllüd tarixi mə’lum deyildir. O, h.q. 996 (m. 1588) — ci ildə vəfat etmişdir. Məzari-şərifi Kaşandadır.
Təzkirə müəlliflərinin yazdıqlarına görə atası Xacə Mir Əhməd bəzzaz olmuşdur. Yeniyetmə yaşlarında Kəmaləddin də atasının yanında bu sən’ətlə məşğul olmuşdur. Gənc yaşlarından bu işdən uzaqlaşmış və şeir yazmağa başlamışdır. Öz zəmanəsinin Zəmiri İsfəhani, Hali Gilani, Vəhşi Bafqi və digər məşhur şairləri ilə müşairələri olmuşdur. Yaradıcılığa qəsidə yazmaqla başlamış və bu şeirlərində Şah Təhmasib Səfəvini, onun oğulları İsmail mirzə, Sultan Məhəmməd Xudabəndəni və qızı Pərixan xanımı, həmçinin səltənətin yüksəkrütbəli mənsəb sahiblərini mədh etmişdir.
Lakin Möhtəşəm məzhəbi şeirləri ilə, xüsusən Əhli-Beytə həsr etdiyi mərsiyələrlə şöhrət qazanmışdır. Şairin on iki bənddən ibarət qələmə aldığı məşhur tərkibbənd İmam Hüseynin (ə) müsibətində və Kərbəla vaqiəsi məzmununda yazılan ən gözəl nümunələrdən hesab olunur. Bu tərkibbəndin qələmə alınması səbəbi Möhtəşəmin "Divan"ında aşağıdakı kimi qeyd olunur: "Mövlana Möhtəşəm, qardaşı Əbdülğəni Məkkə səfərində vəfat etdikdə onun ölümünə mərsiyə yazır. Bir gecə yuxuda Əmirəlmö’minin əleyhissəlamı görür. Həzrət ona buyurur: "Nə üçün qardaşının müsibətində mərsiyə deyirsən, mənim fərzəndim Hüseyn (ə) üçün mərsiyə demirsən?". Ərz edir: "Ya Əli, Həzrəti-Hüseyn əleyhissəlamın müsibəti həddən artıq olub, mən bilmirəm onun hansı müsibətlərindən başlayım". Bu zaman Həzrəti-Əmirəlmö’minin əleyhissəlam buyurur: De:
"Baz in çe şureş əst ke dər xəlq-e aləm əst"
(Bilməm nə şurdir yenə düşmüş bu aləmə)
Möhtəşəm yuxudan oyanır və şe’rin ardını deyir. Elə ki şe’rin:
"Həst əz məlal gərçe bəri zat-e zülcəlal "
(Gərçi ğübardən pak olur zati-zülcəlal)
yerinə yetir və ardınca gələn misra’nı deməkdə mütəhəyyir olub aciz qalır və bilmir nə desin ki, o ilahi Həzrətin məqamına layiq olsun, yenə ona mədəd yetir və yuxuda əsrin imamını (əccələllahu təala fərəcəhu) görur. İmam (ə) ona buyurur: De:
"U dər del əst o hiç deli nist biməlal"
(Əmma ürəkdədir, heç ürək yoxdu biməlal)
Bu zaman Möhtəşəm yuxudan oyanır və həmin bəndi sona yetirir". Möhtəşəmin qələmə aldığı bu tərkibbənd həqiqətən möhtəşəm bir müsibətnamədir. Bu məşhur əsər yazıldığı dövrdən başlayaraq bugünkü günümüzə qədər İmam Hüseynin (ə) əza məclislərində mərsiyəxanların və rövzəxanların dilinin əzbəri olmuşdur.
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz. Bu şablon mümkündürsə, daha dəqiqi ilə əvəz edilməlidir. |