. Love.az

Musfiq Elesgerli - Wikipedia - Love.az

Ana Səhifə - Musfiq Elesgerli
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir.
Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin.
Vikipediyada bu soyadlı müxtəlif adamlar haqqında məqalələr var, bax: Ələsgərli.

Ələsgərli Müşfiq Məşi oğlu (16 mart 1973, Əsədli, Cəlilabad rayonu) — Jurnalistlərin Həmkarlar İttifaqının sədri

Müşfiq Ələsgərli
Doğum tarixi 16 mart 1973(1973-03-16) (52 yaş)
Doğum yeri
  • Əsədli, Cəlilabad rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti

Həyatı

redaktə

1973-cü il mart ayının 16-da Cəlilabad rayonunun Əsədli kəndində anadan olub[1].

1997-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini, 2000-ci ildə BDU-nun əyani Aspirantura şöbəsini bitirib.

1997-ci ildən etibarən ölkənin müxtəlif KİV-lərində fəaliyyət göstərib. 1997-ci ildə "Olaylar" İnformasiya Agentliyində şöbə müdiri, 1998–2001-ci illərdə "Bu gün" qəzetində siyasət şöbəsinin redaktoru, 2002–2003-cü illərdə "Cümhuriyyət" qəzetində araşdırmaçı jurnalist vəzifələrində çalışıb. 2005-ci ildə ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan Milli Komitəsinin layihəsi əsasında "Space" TV-də "Nəyi necə?" proqramının redaktoru olub.

1997-ci ildə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) təsisçilərindən biri, təşkilat sədrinin müavini vəzifəsində çalışıb. 2003-cü ildən bu günə kimi JuHİ-nin sədridir.

2008 və 2013-cü illərdə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinə üzv seçilib. MŞ sədrinin müavini, MŞ Sosial Komissiyasının sədridir.

Beynəlxalq Jurnalistlər Federasiyasının (www.ifj.org) Azərbaycan üzrə təmsilçisi, Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin (www.ifex.org) üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il və 3 iyun 2013-cü il tarixli sərəncamları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.

Ailəlidir, üç övladı var.

İstinadlar

redaktə
  1. ↑ "Tərcümeyi-hal / Ələsgərli Müşfiq Məşi oğlu". 2016-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-22.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Müşfiq_Ələsgərli&oldid=7077651"
LOVE.AZ