. Love.az

Musfiq Teymurov - Wikipedia - Love.az

Ana Səhifə - Musfiq Teymurov

Müşviq Elşən oğlu Teymurov (15 yanvar 1993-cü ildə Yevlaxda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qəbələ klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçu. O, bir müddət Azərbaycan U-19 milli futbol komandasında çıxış etmişdir.

Müşfiq Teymurov
Ümumi məlumatlar
Tam adı Müşfiq Elşən oğlu Teymurov
Doğum tarixi 15 yanvar 1993 (32 yaş)
Doğum yeri Yevlax, Azərbaycan
Vətəndaşlığı
  •  Azərbaycan
Boyu 164
Mövqeyi Yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub Azərbaycan Qəbələ
Nömrəsi 28
Karyerası
Klub karyerası[* 1]
2009—h.h Azərbaycan Qəbələ 13 (1)
Milli yığma[* 2]
2011—2012 Azərbaycan Azərbaycan U-19 3 (0)

  1. ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. ↑ Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Klub karyerası
    • 1.1 Çempionat
    • 1.2 Kubok
  • 2 Avrokubok
  • 3 Uğurları
  • 4 Milli karyerası
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər
  • 7 Tarixçə

Klub karyerası

redaktə

Müşviq Teymurov 1993-cü ildə Azərbaycanın Yevlax şəhərində anadan olmuşdur. O, Yexlaxın Karvan uşaq seleksiyaçı klubunda futbolla məşğul olmağa başlamışdır. 2009-cu ildə Müşviq Qəbələ Futbol Akademiyasına qəbul olunmuşdur.[1]

Çempionat

redaktə

Mövsümlərə görə Azərbaycan çempionatında statistikası aşağıdakı kimidir:

№ Mövsüm Klub Oyun Qol Ehtiyatda
1 2010 / 2011 «Qəbələ» 0 0 1
2 2011 / 2012 «Qəbələ» 0 0 1
3 2012 / 2013 «Qəbələ» 3 0 6
4 2013 / 2014 «Qəbələ» 10 1 8
5 2014 / 2015 «Qəbələ» 0 0 0

Kubok

redaktə

Mövsümlərə görə Azərbaycan kubokunda statistikası aşağıdakı kimidir:

№ Mövsüm Klub Oyun Qol Ehtiyatda
1 2012 / 2013 «Qəbələ» 1 0 1
2 2013 / 2014 «Qəbələ» 2 0 1

Avrokubok

redaktə

Müşviq Teymurov Qəbələ klubu ilə UEFA Avropa Liqasının 2014-15 mövsümündə iştirak etmişdir.[2]

Uğurları

redaktə
  • 2014-cü il - Qəbələ klubu ilə 2013-14 Azərbaycan Kuboku mövsümündə finalçı olmuşdur.

Milli karyerası

redaktə

Müşviq Teymurov 2011-ci ildə Azərbaycan U-19 milli futbol komandasına dəvət almışdır. O, milli ilə debütünü 6 oktyabr 2011-ci ildə UEFA Avropa Çempionatının seçmə mərhələsində İsveç millisinə qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır.[3]

İstinadlar

redaktə
  1. ↑ Müşfiq Teymurov: Bu, mənim üçün ikiqat sevindiricidi Arxivləşdirilib 2014-08-26 at the Wayback Machine (az.)
  2. ↑ Qabala vs. Široki Brijeg 0 - 2 Arxivləşdirilib 2014-08-26 at the Wayback Machine (ing.)
  3. ↑ Azerbaijan U19 vs. Sweden U19 1 - 0 Arxivləşdirilib 2013-12-07 at the Wayback Machine (ing.) (ing.)

Xarici keçidlər

redaktə
  • Soccerway.com saytında profili (ing.)

Tarixçə

redaktə
  • Профиль игрока на официальном сайте ФК «Габала» (ing.)
  • Mushfig Teymuron on footballdatabase.eu (ing.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Müşfiq_Teymurov&oldid=8001249"
LOVE.AZ