Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Strategiya idarəetmənin və planlaşdırmanın alt sistemidir. Strategiya təşkilatın məqsədlərinin formalaşdırılmasını, onun həyata keçirilməsini, təşkilatın artımı-nı, inkişafını təmin edir və iqtisadi cəhətdən möhkəmləndirilməsinə yönəlir. Strateji planlar müəssisənin ümumi strateqiyasının, onun fəaliyyət is-tiqamətlərinin, perspektiv inkişafının müəyyənləşdirilməsindən ibarətdir. Strateji planlar yeni və mütərəqqi məhsulların istehsalını, müəssisənin rəqabət qabi-liyyətinin möhkəmləndirilməsini nəzərdə tutur. Onun əsas vəzifəsi ətraf mühitdəki dəyişikliyə reaksiya üçün lazımi informasiya və dəyişikliyin təminatın-dan ibarətdir. Strateji planlaşdırma prosesi strategiyanın mərhələləri ilə müəyyən olunur və aşağıdakılardan ibarətdir:
Müasir təşkilatlarda strateji planlar sistemi 4 qrup planlardan ibarətdir:
Əsas fəaliyyət istiqamətləri planı strateji planlar sistemində aparıcı rola malikdir. Çünki o, təşkilatin əsas təyinatını, onun məqsəd və vəzifələrini xarak-terizə edir. Bu plan qalan bütün planlar üçün oriyentirdir.[2] Texniki planlar fəaliyyətin həyata keçirilməsinin texniki tərəflərini özündə cəmləşdirir. Texniki planlar strateji məqsədlərə görə yeni texnika və texnolo-giyanın tətbiqini özündə cəmləşdirir. Təşkilati inkişaf planı əsas fəaliyyət istiqamətləri üçün yeni mövqelərə çıxış yollarını göstərən tədbirləri müəyyən edir. Bu planlar strateji planların real-laşdırılması aləti kimi çıxış edir. Təşkilati inkişaf planının əsas məqsədi stra-tegiyaların həyata keçirilməsi üçün bütün təşkilati məsələləri özündə əks et-dirir.[3] Cari və taktiki fəaliyyət istiqamətləri planı isə cari fəaliyyət dövründə əhəmiyyətli dəyişikliklərin keçirilməsi zərurəti ilə bağlıdır. Strateji idarəetmənin və planlaşdırmanın əsas alt sistemlərindən biri marker-tinq strategiyasıdır. Marketinq strategiyası gələcək dövrdə müəssisənin rəqabət qabiliyyətinin yüksəldilməsi üçün marketinq tədqiqatlarının həyata keçirilməsini nəzərdə tutur, müəssisənin strateji məqsədlərə nail olması üçün marketinq sahəsində proqnozların verilməsini, gələcək dövr üçün istehsalın və əmtəələrin təkmilləşdirilməsini, istehsal olunacaq yeni və mütərəqqi məh-sulların layihələrinin işlənib hazırlanmasını əhatə edir.[4] Marketinq strategiyasının tərkibinə daxil olan komponentlərindən biri də ba-zarın strateji seqmentləşdirilməsidir. Bazarın seqmentləri üzrə bölüşdü-rülməsi satışın intensivləşdirilməsi və satış fəaliyyətində yüksək səmərəliliyin əldə olunması üçün olduqca əhəmiyyətlidir. Strateji planların tərtib edilib həyata keçirilməsi strateji nəzarətin yerinə yeti-rilməsini tələb edir. Çünki nəzarət müəyyən olunmuş strategiyanın, onun mərhələlərinin, taktikanın və bütün proseslərin lazımi səviyyədə həyata keçi-rilməsini təmin edən mexanizimdir. Strategiyanın reallaşdırılmasına nəzarət etmək üçün təşkilat rəhbərləri zəruri strateji dəyişiklikləri müəyyən etməli və həyata keçirməli, plan, proqram və layihələrin icra edilməsini idarə etməlidir. Strateji planlaşdırmanın həyata keçirilməsində proqnozlaşdırmanın da rolunu qeyd etmək vacibdir. Proqnozlaşdırma strategiyanın müəyyən edilməsi və re-allaşdırılması üçün tətbiq edilən funksiyalardan biridir. Proqnozlaşdırma təş-kilatın zəif və güclü tərəflərinin tədqiqi yolu ilə məqsədlərin müəyyən olun-masına köməklik göstərir. Proqnozlaşdırma müəssisənin gələcək perspektiv-lərinə xidmət edir. Müəssisə səviyyəsində proqnozlaşdırma xarici mühitin gələcək göstəriciləri haqqında məlumatların verilməsi ilə əlaqədardır. Xarici mühitin göstəriciləri haqqında proqnozlar plan və sonrakı proqnozlar üçün iqtisadi hesablamalardan ötrü başlanğıcdır. Yəni, proqnozlar strateji planların tərtib edilməsi üçün istifadə olunan elementlər və ünsürlərdir. Müəssisə çər-çivəsində proqnozlara aşağıdakılar aiddir:[5]
Regionun iqtisadi vəziyyətinin proqnozu dedikdə, firmanın fəaliyyət göstərdiyi ərazidə iqtisadiyyatın gələcək vəziyyəti haqqında proqnozlar başa düşü-lür. Ayrı-ayrı rəqib müəssisələrin proqnozu dedikdə, isə rəqiblərin gələcək inkişafı, onların bazara çıxaracaq məhsullarının həcmi, keyfiyyəti, gələcək[6] perspek-tivləri barədə proqnozlar başa düşülür. Satılacaq məhsula olan tələbatın proqnozu oladuqca vacib məsələdir. Çünki bu gələcəkdə məhsulun bazarda satışının intensivliyinin nə dərəcədə olacağı-nı planlaşdırmaq üçün əsas meyardır.[7] Bu cür proqnozlar içərisində investisiyalar proqnozu da mühüm yer tutur. Çünki fəaliyyət göstərdiyi sahədə müəssisənin gələcək investisiyaların həyata keçirilməsi haqqında informasiyalara malik olması daha məqsədəuyğun olar. Texnoloji proqnoz müəssisənin istifadə etdiyi və gələcəkdə istifadə edəcəyi texnoloji avadanlıqlar, vasitələr və üsullar haqqında, onların kəşfi ilə müəyyən məlumatlar verir.[8] Bazar konyukturasının proqnozu bazarların seçilməsi ilə əlaqədar olub, satışı-nın intensivliyinə təsir edən amillərdən biridir. Yeni tələbatlar proqnozu yeni elmi axtarışlar, innovasiya tədqiqatları və mütərəqqi məhsulların gələcək istehsalı ilə bağlıdır. Çünki müəssisə hələ alı-cılarda heç bir təsəvvür olmayan, lakin istehsalı nəzərdə tutulan mütərəqqi və yeni məhsullara tələbatı müəyyən etməli, sonra isə həmin məhsulların isteh-salını həyata keçirlməlidir. Çünki yeni tələbat proqnozu müəssisəni istehsal ediləcək yeni və mütərəqqi məhsulun bazarda yüksək səviyyədə satılacağına əmin edir.[9]