. Love.az

Muasir Fars Dili - Wikipedia - Love.az

Ana Səhifə - Muasir Fars Dili

Yeni Farsca ( fars: فارسی نو ) eyni zamanda Müasir Fars dili ( fars: فارسی نوین ) olaraq da adlanan bu dil eramızın 8-9-cu əsrlərdən, yəni İslam fəthləridən sonra formalaşan müsəlman fars mədəniyyətinin təsirləri ilə başlayaraq o dövrdən müasir dövrə qədər Böyük İran və ətraflarındakı təsir zonalarında danışılan fars dilinin indiki və hal-hazırda sonuncu və üçüncü mərhələsinə verilən addır. Müasir fars dili özü də öz içində şərti olaraq üç mərhələyə bölünür: Erkən forma Yeni Fars dili (8 və 9-cu əsrlər), Klassik Fars dili (10-18-ci əsrlər olmaqla ən uzun mərhələdir) və günümüzdə istifdə olunan Müasir Fars dili (19-cu əsrdən indiyə qədər).

Müasir Fars dili
Orijinal adı فارسی
форсӣ
forsī
פֿארסי
دری
дарӣ
darī
דרי
تاجیکی
тоҷикӣ
toçikī
תאגׄיכי
Ölkələr
  •  İran
  •  Əfqanıstan
  •  Tacikistan
  •  Özbəkistan
  •  Bəhreyn
  •  Pakistan
  •  Rusiya
  •  BƏƏ
  •  Küveyt
  •  Qırğızıstan
  •  Qazaxıstan
Danışanların ümumi sayı
  • 96.308.080 nəf.[1]
Təsnifatı
Avrasiya dilləri
Hind-Avropa dilləri
Hind-İran dilləri
İran dilləri
qərbi İran dilləri
cənub-qərbi İran dilləri[vd]
New Persian
Yazı fars əlifbası[d], kiril əlifbası, latın əlifbası, İvrit əlifbası, Erməni əlifbası, Qurmuxi
Dil kodları
ISO 639-1 fa
ISO 639-2 —
ISO 639-3 fas
Glottolog mode1259

Dari adı isə 10-cu əsrdən bu yana yeni fars dilinə verilən başqa bir addır. Həmin dönəmdən həm ərəb dilli (bax: İstəxri, Əl-Müqəddəsi və İbn Hövqəl ) və həm də fars dilli mətnlərdə geniş istifadəsinə rast gəlinir.[2] 1964-cü ildə isə Dari dilini müstəqil bir dil kimi Əfqanıstan dövləti rəsmi dil olaraq tanıdı. Hal-hazırda da Əfqanıstanda danışılan fars dilinin rəsmi adı belədir.

İstinadlar

redaktə
  1. ↑ Ethnologue (ing.). 25, 19 Dallas, Texas: SIL International, 1951. ISSN 1946-9675
  2. ↑ "DARĪ – Encyclopaedia Iranica". 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-08-10.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Müasir_Fars_dili&oldid=8277495"
LOVE.AZ