Mügə Anlı (türk. Müge Anlı) — Türkiyəli prodüser, jurnalist və televiziya aparıcısı.[1][2][3][4]
Mügə Anlı | |
---|---|
türk. Müge Anlı | |
![]() | |
Doğum tarixi | (51 yaş) |
Doğum yeri | İstanbul, Türkiyə |
Vətəndaşlığı | Türkiyə |
Atası | İhsan Anlı |
Milliyyəti | türk |
Dini | İslam |
İxtisası | jurnalist |
Fəaliyyəti | televiziya aparıcısı |
![]() |
Mügə İhsan qızı Anlı 19 dekabr 1973-cu ildə İstanbul şəhərində anadan olmuşdur. Ali təhsilini Mərmərə Universitetində, magistr təhsilini isə Kadir Has Universitetində almışdır. Televiziya həyatında ilk olaraq, şou-proqramla başlamışdır. Daha sonra 2006-cı ildə "Dobra Dobra" proqramında aparıcılıq etmişdir. 2008-ci ildən indiyədək ATV kanalında "Müge Anlı ile Tatlı Sert" realiti şousunda aparıcılıq edir.
1999-cu ildə jurnalist Burhan Akdağ ilə evlənmiş, 2008-ci ildə boşanmışdır. İkilinin bu evlilikdən bir qızı vardır.
Tarix | Mükafat | Kateqoriya | Nəticə |
---|---|---|---|
2018 | 44-cü Altın Kelebek Ödülleri | Ən Yaxşı Qadın Aparıcı[5] | Qazandı |
2020 | 46-cı Altın Kelebek Ödülleri | Ən Yaxşı Qadın Aparıcı[6] | Qazandı |
Televiziya proqramları | |||||
---|---|---|---|---|---|
Tarix | Başlıq | Olaraq | Notlar | ||
rejissor | prodüser | aparıcı | |||
2006-2008 | Dobra Dobra | Hə | |||
2008-indiyədək | Müge Anlı ile Tatlı Sert | Hə | Hə | ||
2010-2011 | Mektubunuz Var | Hə | Hə | ||
2019 | Güven Bana | Hə |