. Love.az

Muharibenin Simasi - Wikipedia - Love.az

Ana Səhifə - Muharibenin Simasi

"Müharibənin siması" (isp. La Cara de la Guerra) — ispan rəssamı Salvador Dalinin 1940-cı ildə çəkilmiş rəsm əsəri. Rotterdam şəhərində yerləşən Boymans Van Böningen muzeyində saxlanılır.

Müharibənin siması
isp. La Cara de la Guerra
Rəssam Salvador Dali
Tarixi 1940
Texnikası yağlı boya
Ölçüləri 64 sm[1] × 79 sm[1]
Materialı yağlı boya[d][2]
Saxlanıldığı yer Boymans Van Böningen muzeyi
İnventar nömrəsi 2766 (MK avec un G)

Haqqında

redaktə

Rəsm əsəri rəssamın səkkiz il yaşadığı və ümumdünya şöhrətinin zirvəsinə çatdığı ABŞ-də çəkilmişdir.[3] Əsərin süjeti qeyri-adi dərəcədə vahid istiqamətə malikdir. Dali burada "böhranlı paranoid üslubu"ndan daha çox simvolizmin vasitələrini qabardır.[3] Kətan üzərində fısıldayan ilanlarla əhatə olunmuş, kəllə sümüyünə bənzər baş təsvir edilmişdir. Göz və ağız boşluğu da daxil olmaqla, başın hər üç dəliyində kəllə yerləşdirilmiş və onların da içi kəllələrlə işlənmişdir. Buna görə də baş "saysız-hesabsız ölümlə doldurulmuşdur".[3]

Əsərin aşağı sağ tərəfində Salvador Dalinin əl izini görmək mümkündür.[4]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 http://collectie.boijmans.nl/nl/object/4058.
  2. ↑ https://www.boijmans.nl/collectie/kunstwerken/4058/le-visage-de-la-guerre-het-aangezicht-van-de-oorlog.
  3. ↑ 1 2 3 "Лицо войны". 2012-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-28.
  4. ↑ "The Face of War, 1941 by Salvador Dali". www.dalipaintings.net. 2016-05-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-28.

Xarici keçidlər

redaktə
  • Müharibənin siması Arxivləşdirilib 2009-11-02 at the Wayback Machine (ing.) Salvador Dalinin rəsm qalereyasında.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Müharibənin_siması&oldid=7039786"
LOVE.AZ