. Love.az

Muhasibat Menfeeti - Wikipedia - Love.az

Ana Səhifə - Muhasibat Menfeeti
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır.
Mövzu ilə bağlı müzakirə səhifəsindəki müzakirələrə qoşula və fikirlərinizi bildirə bilərsiniz. Məqaləyə etibarlı mənbələr əlavə edərək təkmilləşdirə bilərsiniz.

Mühasibat mənfəəti (ing. accounting profit) — sahibkarlıq fəaliyyətindən əldə edilən məcmu mənfəətin, bu cür fəaliyyətlərin aparılmasına, o cümlədən itirilmiş mənfəətə görə sənədləşdirilməmiş xərclər nəzərə alınmadan, hesabat dövrü üçün qüvvədə olan qanunvericiliyə əsasən qəbul edilmiş qaydalara uyğun şəkildə mühasibat uçotu vasitəsilə hesablanmış formasıdır.

Bu, təşkilatın bütün gəlir mənbələrindən əldə etdiyi ümumi mənfəətdən, istehsal olunan mal və ya xidmətlərin istehsalı, əldə edilməsi və ya bölüşdürülməsi xərcləri, qısamüddətli kreditlər üzrə ödənilən faizlər və resurs haqları çıxıldıqdan sonra müəyyənləşdirilir.

Tərifi

redaktə

K.R.Makkonnell və S.L.Brüya görə, mühasibat mənfəəti — ümumi gəlirdən mühasibat xərclərini (yəni açıq-aşkar və sənədləşdirilmiş xərclərin) çıxılması nəticəsində əldə edilən məbləğdir[1].

Mühasibat mənfəəti = Gəlir – Mühasibat xərcləri.

İstinadlar

redaktə
  1. ↑ Макконнелл К. Р.: Экономикс. Экономические издержки. 2.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mühasibat_mənfəəti&oldid=8120914"
LOVE.AZ