. Love.az

Munevver Esgerova - Wikipedia - Love.az

Ana Səhifə - Munevver Esgerova

Münəvvər Mehbalı qızı Əsgərova (6 mart 1914, Kırna – 1 oktyabr 2001 və ya 10 yanvar 2001, Kırna, Naxçıvan Muxtar Respublikası) — üzümçü, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1947), Sosialist Əməyi Qəhrəmanı (1949).[1]

Münəvvər Əsgərova
Münəvvər Mehbalı qızı Əsgərova
Doğum tarixi 6 mart 1914
Doğum yeri Kırna, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1 oktyabr 2001 (87 yaşında)
Vəfat yeri Kırna, Culfa rayonu, Naxçıvan MR, Azərbaycan
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan AXC→
SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti üzümçü
Partiyası
  • Sovet İttifaqı Kommunist Partiyası
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 19491949
"Lenin" ordeni

Həyat və əmək fəaliyyəti

redaktə

Münəvvər Əsgərova 6 mart 1914-cü ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Culfa rayonu) Kırna kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1938-ci ildə V.İ.Lenin adına kolxozda başlamış, 1968-ci ilə qədər bu kolxozda kolxozçu və manqabaşçısı işləmişdir. 1947-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1947-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 21 iyul 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. 1968-ci ildən İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur. Münəvvər Əsgərova 1 oktyabr 2001-ci ildə Culfa rayonunda vəfat etmişdir.[2]

İstinadlar

redaktə
  1. ↑ Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: Елдәҝәз—Итабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 234.
  2. ↑ Əsgərova Münəvvər Mehbalı qızı // Naxçıvan ensiklopediyası. — Azərbaycan Milli Elmlər Akademiyası, 2005.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Münəvvər_Əsgərova&oldid=6241711"
LOVE.AZ