. Love.az

Muqeddes Iohann Katedrali Valletta - Wikipedia - Love.az

Ana Səhifə - Muqeddes Iohann Katedrali Valletta

Müqəddəs İohann Kafedralı — Maltanın paytaxtı Vallettada yerləşən katolik kilsəsi, Malta Baş Yeparxiyasının Kafedralı.

katolisizm
Müqəddəs İohann Katedralı
Konkatidral ta' San Ġwann
2020-ci ildə kafedralın fasadı
2020-ci ildə kafedralın fasadı
Xəritə
Həsr olunub Vəftizçi Yəhya
Ölkə
  •  Malta[1][2]
Memarlıq
İnşa tarixi 1573 – 1577
Üslubu barokko
stjohnscocathedral.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1573-1578-ci illər ərzində Malta cəngavərləri tərəfindən tikilmişdir. Tikintinin sifarişçisi 1572-ci ildə Ordenin Böyük Ustası (fr. Jean L’Evesque de La Cassière) idi və onun tikintisini Maltada çox işləyən hərbi memar Jirolamo Kassar həyata keçirmişdir.

Böyük Malta mühasirəsinin başa çatmasından az sonra tikilmiş kafedral hərbi qalaya bənzəyir. Qabarıq barok interyeri lakonik fasadla ziddiyyət təşkil edir. Onun dizaynı italyan rəssam Mattia Preti tərəfindən hazırlanmışdır. Mürəkkəb daş oymaları, tağlı tavan və yan qurbangahlar Vəftizçi İohannın həyatından bəhs edir. Kafedral Malta Cəngavərlərinin səkkiz müqəddəs himayədarına həsr olunmuş və onların fəaliyyəti ilə əlaqəli Avropanın müxtəlif bölgələrinə uyğun gələn səkkiz zəngin bəzədilmiş ibadətgahdan ibarətdir.

Kafedralın görməli yerlərindən biri Karavacconun “Vəftizçi İohannın başının kəsilməsi” (1608) tablosudur. Bu rəsm müəllifin şah əsərlərindəndir və yeganə imzalı əsəridir. Kafedraldakı görkəmli cəngavərlərin dəfn yerlərinin üstündəki mərmər məzar daşları da diqqətəlayiqdir. Kafedralin əsas girişinin yaxınlığında Malta ordeninin 65-ci Böyük Ustası, Papa VII Aleksandrın qardaşı oğlu olan Sienadan olan Mark Antonio Zondadarinin sarkofaqı yerləşir. Ən möhtəşəm bəzədilmiş məzar daşı 66-cı Böyük Usta Antonio Manuel de Villenanındır[3]. 1775-ci ildə Malta ordeninin 69-cu Böyük Ustası Fransisko Ximenez de Texada Kafedralda dəfn edildi.

Qalereya

redaktə
  •  
    1870-ci illərdə kafedral
  •  
    2014-cü ildə bərpa edilmiş Müqəddəs İohann Kafedralinin fasadı г.
  •  
    Əsas qurbangah
  •  
    Nef
  •  
    Araqon və Navarra cəngavərlərinin relikviyalarından ibarət kapella
  •  
    İtaliya cəngavərlərinin relikviyaları kapellası
  •  
    Kafedralə giriş
  •  
    Araqon cəngavərlərinin relikviyaları kapellasında Domeniko Qaudi tərəfindən Böyük Usta Nikolas Kotonerin abidəsi[4].

İstinadlar

redaktə
  1. ↑ 1 2 http://www.culturalheritage.gov.mt/filebank/inventory/01130.pdf.
  2. ↑ 1 2 ArchINFORM (alm.). 1994.
  3. ↑ Peteira E., Rodriques G. Vilhena (D. Antonio Manuel de) // Portugal. VII. Lisboa: J. Romano Torres. Peteira, Esteves & Rodriques, Guilherme. 1915. 479.
  4. ↑ Sciberras, Keith. Roman baroque sculpture for the Knights of Malta. Valletta: Fondazzjoni Patrimonju Malti. 2004. 190–207. ISBN 9789993210290. OCLC 470011305. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-09.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Müqəddəs_İohann_Katedralı_(Valletta)&oldid=8085788"
LOVE.AZ