. Love.az

Muqeddes Antoninin Ezablari - Wikipedia - Love.az

Ana Səhifə - Muqeddes Antoninin Ezablari

Müqəddəs Antoninin əzabları (it. Tormento di sant'Antonio) - İtaliya rəssamı Mikelancelo tərəfindən 1488-ci ildə tamamlanmış rəsm əsəri. Hazırda ABŞ-nin Texas ştatının Fort-Uort şəhərində yerləşən Kimbell İncəsənət Muzeyində sərgilənir.[2]

Müqəddəs Antoninin əzabları
Rəssam Mikelancelo
Tarixi 1487-1488
Üslubu dini incəsənət[d]
Texnikası yağlı boya
Ölçüləri 470 mm × 337 mm
Materialı yağlı boya[d]
Saxlanıldığı yer Kimbell İncəsənət Muzeyi
Saytı kimbellart.org/collectio…
İnventar nömrəsi AP 2009.01[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Haqqında
  • 2 Tarixi
  • 3 İstinadlar
  • 4 Həmçinin bax

Haqqında

redaktə

Əsərdə orta əsrlər əfsanəsi olan Qızıl əfsanə, müqəddəs Antoninin şeytanlar tərəfindən tələyə düşürülməsi əks olunmuşdur. Müqəddəs Antoni günah işləməmək üçün şeytanlara müqavimət göstərməkdədir. Buna görə əsər bəzən "Müqəddəs Antoninin günaha təşviqi" adlandırılır.

Tarixi

redaktə

Rəsm əsəri ilk əvvəl Mikelancelonun xidmət etdiyi Domeniko Girlandayo manufakturasında saxlanmışdır.[3] Əsər 2008-ci ilin iyulunda satışa çıxaralaraq 2 milyon ABŞ dollarına bir ABŞ iş adamına satıldı. Sentyabr ayında rəsm əsəri Nyu-Yorkdakı Metropolitan İncəsənət Muzeyinə gətirildi. Əsər burada yenidən rəngləndi və diqqətlə öyrənildi. Onun həqiqətən Mikelancelonun əsəri olduğu qəraralaşdırıldı. Qısa müddət sonra rəsm əsəri açıqlanmayan qiymətə (6 milyon ABŞ dolları olduğu güman olunur) Kimbell İncəsənət muzeyinə satılmışdır.

İstinadlar

redaktə
  1. ↑ https://www.kimbellart.org/collection/search/view/564?text=Michelangelo.
  2. ↑ "Arxivlənmiş surət". 2009-05-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-03.
  3. ↑ "Arxivlənmiş surət". 2013-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-03.

Həmçinin bax

redaktə
  • Mikelancelonun əsərlərinin siyahısı
  Vikianbarda Müqəddəs Antoninin əzabları ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Müqəddəs_Antoninin_əzabları&oldid=7172197"
LOVE.AZ