. Love.az

Muqeddes Georgi Kilsesi Tbilisi - Wikipedia - Love.az

Ana Səhifə - Muqeddes Georgi Kilsesi Tbilisi

Müqəddəs Georgi kilsəsi (erm. Սուրբ Գևորգ եկեղեցի; gürc. სურფგევორქი) — Gürcüstanın paytaxtı Tbilisinin qədimi hissəsində yerləşən XIII əsrə aid erməni kilsəsi.[2] Tbilisidə fəaliyyət göstərən iki erməni kilsəsindən biridir və Erməni Apostol Kilsəsinin Gürcüstan Yeparxiyasının kafedralıdır.[3] O, Vaxtanq Qorqasali meydanının cənub-qərb küncündə yerləşir və Narikala qalasının xarabalıqlarına baxır.[4]

Müqəddəs Georgi kilsəsi
Xəritə
41°41′21″ şm. e. 44°48′32″ ş. u.HGYO
Ölkə
  •  Gürcüstan[1]
Yerləşir Tbilisi
Tikilmə tarixi 1251
Üslubu Erməni memarlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

redaktə

Tbilisi bələdiyyəsinin saytındakı məlumata görə, kilsənin yerləşdiyi ərazi orta əsrlərdə həbsxanaya aid olub, buna görə də bəzən gürcücə "Tsixisdidi" (gürc. ციხის დიდი) adlanır.[4]

Erməni tarixçiləri İosif Orbeli və Levon Melikset-Bek hesab edirlər ki, kilsənin əsası 1251-ci ildə qoyulub. Tarix kilsənin həyətinin qərb qapısı üzərindəki xaçkarın üzərində ərəbcə yazıya əsasən təklif edilib. XIII əsr salnaməçisi Ovanis Erznkatsinin yazdığına görə, kilsə Karin (Ərzurum) şahzadəsi Umek tərəfindən tikilmişdir.[3]

İstinadlar

redaktə
  1. ↑ 1 2 GeoNames (ing.). 2005.
  2. ↑ Steffen, James. The Cinema of Sergei Parajanov. University of Wisconsin Press. 2013. səh. 120. ISBN 9780299296537. Today Sayat-Nova's tomb stands next to the entrance of the Saint George (Surb Gevorg) Cathedral, Tbilisi's main Armenian church, located in the old city center.
  3. ↑ 1 2 "SURB GEVORG LEADER CHURCH". armenianchurch.ge. Diocese of Armenian Apostolic Orthodox Holy Church in Georgia. 15 July 2021 tarixində arxivləşdirilib.
  4. ↑ 1 2 "Surfgevork St. George Armenian Church, Samghebro Street". tbilisi.gov.ge. Tbilisi City Hall. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-21.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Müqəddəs_Georgi_kilsəsi_(Tbilisi)&oldid=7788311"
LOVE.AZ