. Love.az

Muqeddes Nikolay Kilsesi Narikala - Wikipedia - Love.az

Ana Səhifə - Muqeddes Nikolay Kilsesi Narikala
Bu adın digər istifadə formaları üçün bax: Müqəddəs Nikolay kilsəsi.

Müqəddəs Nikolay kilsəsi (gürc. ნარიყალას წმინდა ნიკოლოზის ეკლესია) – Tbilisinin Qədim şəhər rayonunun ən yüksək hissəsində olan Narikalanın içində yerləşən Gürcü pravoslav kilsəsidir.

Müqəddəs Nikolay kilsəsi
gürc. ნარიყალას წმინდა ნიკოლოზის ეკლესია
Xəritə
41°41′16″ şm. e. 44°48′32″ ş. u.HGYO
Ölkə  Gürcüstan
Şəhər Tbilisi
Yerləşir Narikala
Aidiyyatı Gürcü pravoslav kilsəsi
Üslubu Gürcüstan memarlığı
Günbəzləri 1
Vəziyyəti fəaliyyət göstərir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 İstinadlar
  • 3 Ədəbiyyat
  • 4 Xarici keçidlər

Tarixi

redaktə

Müqəddəs Nikolay kilsəsi mənbələrdə ilk dəfə XII əsrdən xatırlanır. 1730-cu ildə kilsə, çareviç Vaxtuşi tərəfindən xatırlanır.[1]

Gürcüstanın Çar Rusiyasına birləşdirilməsindən sonra Narikala strateji əhəmiyyətini itirir və general Yermolovun əmri ilə qala daxilində barıt anbarları yaradılır. 1827-ci ildə anbarda baş vermiş güclü partlayış qalanın ciddi zədələnməsinə, Müqəddəs Nikolay kilsəsinin isə təməlinə kimi dağılmasına gətirib çıxarır.

1966-cı ildə qala ərazisində aparılan arxeoloji qazıntılar zamanı Müqəddəs Nikolay kilsəsinin qalıqları üzə çıxarılır. 1996-cı ildə memar Tariel Kiparoudzenin layihəsi əsasında qədim kilsə binasının təməlləri üzərində yeni kilsə inşa edilmişdir. 1997-ci ildə Gürcüstan katolikos-patriarxı II İlyanın iştirakı ilə kilsənin ithaf mərasimi keçirilmişdir.

İstinadlar

redaktə
  1. ↑ "План царевича Вахушти". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-23.

Ədəbiyyat

redaktə
  • მ. ქუთათელაძე, „თბილისის ტაძრები“, ტ. I, თბ., 2010 გვ. 166-173

Xarici keçidlər

redaktə
  • Тбилиси. Церковь Николая Чудотворца. Храм Святого Николая (в крепости Нарикала)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Müqəddəs_Nikolay_kilsəsi_(Narikala)&oldid=7146007"
LOVE.AZ