. Love.az

Muqeddes Nikolay Kilsesi Nin - Wikipedia - Love.az

Ana Səhifə - Muqeddes Nikolay Kilsesi Nin

Müqəddəs Nikolay Kilsəsi (xorv. Crkva svetog Nikole) ― Xorvatiyada, Zadar şəhərindən 1 mil məsafədə, Zaton və Nin qəsəbələri arasında yeləşən, 11-ci əsrin sonları və ya erkən 12-ci əsrə aid pre-roman stilində inşa edilmiş Roma-Katolik kilsəsi. Kilsə libuniyalıların tərixə qədərki türbəsinin üstündəki torpaq piramida məzarı üzərində inşa edilmişdir.

Roma-Katolik kilsəsi
Müqəddəs Nikolay kilsəsi
Xəritə
Din
Statusu aktiv
Ölkə
  •  Xorvatiya
Memarlıq
İnşa tarixi 12-ci əsr
Materialı Daş
Ölçüləri 5,9 m x 5,7m x 6m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kilsə, bütün Dalmatiyada erkən roman memarlığının mövcud olan yeganə nümunəsidir. Müqəddəs Nikolaya həsr edilmişdir.

Mündəricat

  • 1 Təsvir
  • 2 1603-cü ildə Priulun ziyarəti
  • 3 İstifadəsi
  • 4 İstinadlar

Təsvir

redaktə
 
Old photograph of St. Nicholas Church.

Müqəddəs Nikolay kilsəsi qala şəklində inşa edilmişdir. Kilsənin günbəz şəkilli tağı 16-cı və ya 17-ci əsrlərdə Yüz İllik Xorvatiya-Osmanlı müharibəsi dövründə gözətçi yeri olaraq tikilən 8 kiçik qüllə üzərində yüksəlmiş dairəvi kəsikli tağlarla möhkəmləndirilmişdir.[mənbə göstərilməlidir] Kilsə kiçik daşlardan tikilib və hamar fasada malikdir. Tikili çox kiçik ölçülərə malikdir: uzunluğu 5,9 metr, eni 5,7metr, hündürlüyü isə 6 metrdir.[1]

1603-cü ildə Priulun ziyarəti

redaktə

Müqəddəs Nikolay kilsəsi 1603-cü ildə, qlaqol əlifbasında yazılmış vəftiz və nikahların səliqəli qalmış qeydlərini aşkar etmiş Priul trəfindən ziyarət edilmişdir. Onun səfəri zamanı kilsə 28 üzvlü Müqəddəs Ruh Qardaşlığı-nın səlahiyyətində idi. Priul, qardaşlığa yerli yepiskop tərəfindən təsdiqlənməli olan qaydaları yazmağı əmr etdi.[2]

İstifadəsi

redaktə

Kilsə inşa ediləndən bəri burada hər il 6 dekabrda Müqəddəs Nikolay günü qeyd olunmuşdur. Son zamanlarda kilsədə 25 Aprel tarixində Müqəddəs Mark günü qeyd olunur.

İstinadlar

redaktə
  1. ↑ Crkveno graditeljstvo u sjeverozapadnom dijelu zadarskog zaleđa, Građevinar 61 (2009) 7, p. 681
  2. ↑ Amos R. Filipi, Radovi JAZU Zadar,13–14/1968. p. 231–235.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Müqəddəs_Nikolay_kilsəsi_(Nin)&oldid=8090960"
LOVE.AZ