Yerusəlim Məsihin dirilmə kilsəsi, Anastasiya kilsəsi, Müqəddəs məqbərə bazilikası və ya Müqəddəs məqbərə kilsəsi (ivr. כנסיית הקבר, ərəb. كنيسة القيامة, yun. Ναὸς τῆς Ἀναστάσεως, lat. Sanctum Sepulchrum) — Yerusəlimin (Qüds) qədim şəhərinin xristian məhəlləsində kilsə.[2] Ən azı IV əsrdən qalma bir mənbəyə görə, kilsə müqəddəs kitablara əsasən İsa Məsihin çarmıxa çəkildiyi,[3] dəfn olunduğu və sonra dirildildiyi yerdə dayanır.[4] Məbədin ziyarətgahlarına sahib olmaq və istifadə etmək əsas hüquqları Yunan Pravoslav Yerusəlim patriarxlığına, Erməni Həvari kilsəsinin Yerusəlim patriarxlığına və katolik Fransiskan Ordeninə aiddir.[5][6]
Pravoslav ortodoks | |
Müqəddəs məqbərə kilsəsi | |
---|---|
Ναός της Αναστάσεως | |
| |
![]() | |
Din | |
Yeparxiya | Qüds Pravoslav Kilsəsi |
Xeyir-duası | 13 sentyabr 335 |
Himayəsi | |
Statusu | fəaliyyət göstərir |
Yerləşməsi | |
Ölkə | |
Bölgə | Yerusəlim |
Şəhər | Yerusəlim |
Memarlıq | |
İnşa tarixi | 335 – 336 |
Dövrü | erkən xristianlıq |
Tikdirəni | I Konstantin |
Memarı | Nikolaos Komnenos (1810-cü il restavrasiyası) |
Üslubu | |
Materialı | dağ süxurlar |
Eni | 70 m |
Uzunluğu |
|
Dağılıb | 1009 |
Bərpası | 1048 |
![]() |
Yerusəlimin Birinci Roma-Yəhudi müharibəsində zamanı mühasirəyə alınmasından sonra şəhər xarabazara çevrilmişdir. 130-cu ildə Roma imperatoru Adrian şəhər ərazisində Roma müstəmləkəsi olan Eliya Kapitolinanın tikilməsinə əmr verir. O, təqribən 135-ci ildə əmr verir ki, içərisində bir məqbərə olan mağaranı doldursunlar ki, Yupiter və ya Veneranın şərəfinə tikiləcək olan bir məbəd üçün təməl formalaşdırsın.[4][7] Məbəd[8][9] IV əsrin əvvəllərinə kimi qalmışdır.[10][11]
Böyük Konstantin 312-ci ildə səmada xaç təsviri gördükdən sonra[12] xristianlığa keçid edir, dini rəsmiləşdirmək üçün Milan fərmanını imzalayır və anası Elenanı Yerusəlimə göndərir ki, Məsihin məqbərəsinə baxsın. Kesariya yepiskopu Yevsevi və Yerusəlim yepiskopu Makarinin köməyi ilə məqbərənin yaxınlığında üç xaç tapılır. Buna görə də romalılar düşünür ki, onlar qolqofu aşkar ediblər.[12] Konstantin təxminən 326-cı ildə əmr verir ki, Yupiter/Venera məbədi kilsə ilə əvəz edilsin.[4] Məbəd dağıdılandan və onun xarabalıqları daşındıqdan sonra mağarada qazıntı işləri aparılır, Makari və Elenanın İsanın dəfn yeri hesab etdiyi məqbərə aşkar edilir ki,[3][13][14][15] burada da kilsə tikilir.[16]
Müqəddəs məqbərə kilsəsi iki müqəddəs məkan üzərində ayrı tikililər kimi inşa edilir. Kilsə böyük bazilika[7][17] və Anastasiya rotondasından ibarətdir.[3]
Kilsə 13 sentyabr 335-ci il tarixində həsr edilir. Şərqi Pravoslav Kilsəsi hər il bunu qeyd edir.[18]
İsrail Səhiyyə Nazirliyi 25 mart 2020-ci il tarixində "COVID-19" pandemiyasına görə məbədin ictimaiyyətə bağlanmasına qərar verir.[19] Keşişlər nizamlı şəkildə kilsəyə gəlməyə davam edirdi. Kilsə 24 may 2020-ci il tarixində yenidən ictimaiyyətə açılır.[20]
Then indeed did this most holy cave present a faithful similitude of his return to life, in that, after lying buried in darkness, it again emerged to light, and afforded to all who came to witness the sight, a clear and visible proof of the wonders of which that spot had once been the scene, a testimony to the resurrection of the Saviour clearer than any voice could give.
Vikianbarda Müqəddəs məqbərə kilsəsi ilə əlaqəli mediafayllar var. |