. Love.az

Mursel Babayev - Wikipedia - Love.az

Ana Səhifə - Mursel Babayev

Mürsəl Ələkbər oğlu Babayev — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1970–1979).

Mürsəl Babayev
Azərbaycan SSR avtomobil nəqliyyatı naziri
29 yanvar 1970 – 8 fevral 1979
ƏvvəlkiVladimir Rasskazov
SonrakıŞakir Kərimov
Şəxsi məlumatlar
Doğum tarixi 1929
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1953–)

Həyatı

redaktə

Mürsəl Ələkbər oğlu Babayev 1929-cu ildə fəhlə ailəsində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.[1] Azərbaycan tar ifaçısı və mühəndis konstruktor Şövkət Babayevanın doğma qardaşı.

1952–1959-cu illərdə Azərbaycan Politexnik İnstitutunun kafedrasında assistent, avtomobil trestində böyük mühəndis, taksomotor parkının baş mühəndisi, rəisi olmuşdur. 1959–1961-ci illərdə Avtomobil Nəqliyyatı Nazirliyi istehsalat-texniki şöbəsinin rəisi, 1961-ci ildən Azərbaycan SSR avtomobil nəqliyyatı nazirinin müavini, birinci müavini vəzifələrində işləmişdir. 1970-ci ildən Azərbaycan SSR avtomobil nəqliyyatı naziri olmuşdur.[1]

Mürsəl Babayev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuş və Azərbaycan SSR Ali Sovetinin VIII və IX çağırış deputatı seçilmişdir.[2]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Бабајев Мүрсәл Әләкбәр оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Сәккизинҹи чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1973. С. 48.
  2. ↑ Бабајев Мүрсәл Әләкбәр оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1976. С. 43.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mürsəl_Babayev&oldid=7914086"
LOVE.AZ