Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. Lütfən, əlaqəli məqalələrdən bu səhifəyə keçid verməyə çalışın. (fevral 2023) |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Mürsəl bəy Həsən bəy oğlu Sədrəddinbəyov — Nuxa Qəza Polis İdarəsinin rəisi, Nuxa qubernatoru, Müsavat Partiyasının üzvü.
Mürsəl bəy Həsən bəy oğlu Sədrəddinbəyov Şəkidə anadan olmuşdur. Hacı Çələbi xanın nəslindəndir.
Müsavat Partiyasının Şəki özəyinin üzvü olmuşdur. O, partiyaya cəlb etdiyi polis idarəsinin əməkdaşları Əhmədağa Yusifbəyov və Zahidin vasitəsi ilə Müsavat ideyalarını təbliğ edir, onun sıralarını artırırdı. Mürsəl bəyin qurduğu təbliğat sisteminin təsir dairəsi Şəkinin hüdudlarını aşaraq Qəbələ və Ərəş nahiyələrini də əhatə edirdi.
1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının I qurultayında Şəkidən Şirəli bəy Əmircanov, Mürsəl bəy Sədrəddinbəyov iştirak edirdilər.[1]
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |