Mürtülü — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd.[1]
Mürtülü | |
---|---|
40°23′ şm. e. 48°10′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Xəritəni göstər/gizlə
|
Tarixi olduqca qədimdir. Azərbaycan ərazisinə ən qədim qəbiristanlıq burada yerləşir.
Mürtülü oyk. Şirvan düzündədir. İnqilabdan əvvəlki ədəbiyyatda kəndin adı Murtu kimi qeyd olunmuşdur. Yaşayış məntəqəsi Göyçay r-nunun Mırtı kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır.[2]
Əhalinin əksəriyyəti əkinçiliklə məşguldur, ziyali sakinləri coxdur. Həmidov Faiz Muxtar oglu həm kəndin, həm butun rayonun fəxri olmuşdur.
Kənd düzənlikdə yerləşir. Torpaqlarının çox hissəsi şoranlıqdır. Yayı sərt isti, quraqlıq, qışı mülayim keçir.
Əhalisi 3 min civarındadır. 1 orta məktəb fəaliyyət göstərir. Direktoru Binyət Abdullayevadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1659 nəfər əhali yaşayır.[3]