. Love.az

Museyib Bagirov - Wikipedia - Love.az

Ana Səhifə - Museyib Bagirov

Müseyib Bağırov (tam adı: Bağırov Müseyib Bağır oğlu; 30 iyun 1915 - 17 may 1981) — Sovet İttifaqı Qəhrəmanı.[1]

Bağırov Müseyib
Bağırov Müseyib Bağır oğlu
Doğum tarixi 30 iyun 1915
Doğum yeri Gəncə, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Qafqaz canişinliyi, Rusiya imperiyası
Vəfat tarixi 17 may 1981 (65 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Fəxri Xiyaban
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan AXC→
SSRİ SSRİ
Atası Bağırov Bağır
Milliyyəti azərbaycanlı
Fəaliyyəti hərbi qulluqçu
Partiyası
  • Sovet İttifaqı Kommunist Partiyası
Mükafatları Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni

Həyatı

redaktə

Gəncə şəhərində dünyaya göz açmış, Bakı dənizçilik texnikumunu qurtarmış (1933) və 1941-ci ildə orduya xidmətə getmişdir. Hərbi məktəbi 1943-cü ildə bitirərək 4-cü ordu tərkibindəki 69-cu qvardiya atıcı diviziyasında bölmə komandiri olmuşdur.[2]

Qvardiya baş leytenant M.Bağırov Paltava vilayətinin Zenkov şəhəri ətrafındakı döyüşlərdə şəxsi qəhrəmanlıq göstərmiş, düşmən səngərinə birinci girərək onlarla faşisti məhv etmiş və ağır yaralansa da döyüş meydanını tərk etmişdir. 1944-cü ilin 22 fevralında ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.[3] Kapitan M.Bağırov 1945-ci ilin oktyabrında hərbi xidmətdən tərxis edilərək Bakıda işləməyə başlamışdır.

İstinadlar

redaktə
  1. ↑ "Багиров Мусеиб Багирович". 2012-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-20.
  2. ↑ "9may.az. Qəhrəmanlar". 2010-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-11-13.
  3. ↑ Указ Президиума Верховного Совета СССР «О присвоении звания Героя Советского Союза офицерскому, сержантскому и рядовому составу Красной Армии» от 22 февраля 1944 года Arxivləşdirilib 2022-02-03 at the Wayback Machine // Ведомости Верховного Совета Союза Советских Социалистических Республик : газета. — 1944. — 5 марта (№ 13 (273)). — С. 1
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Müseyib_Bağırov&oldid=6671246"
LOVE.AZ