. Love.az

Musteqillik Gunu Ermenistan - Wikipedia - Love.az

Ana Səhifə - Musteqillik Gunu Ermenistan

Ermənistanın Dövlət Müstəqilliyi günü (erm. Հայաստանի Անկախության օրը) — Ermənistan Respublikasında əsas dövlət bayramı. Hər il 21 sentyabrda qeyd edilir.

Müstəqillik günü
Hərbi paraddan bir görüntü (2016-cı il).
Hərbi paraddan bir görüntü (2016-cı il).
Ölkə
  •  Ermənistan
Növ Dövlət
Qeyd olunmağa başlayıb 1991
Tarix 21 sentyabr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarix
  • 2 Keçirilən tədbirlər
    • 2.1 Hərbi parad
      • 2.1.1 Xarici iştirakçılar
    • 2.2 Diaspor
  • 3 Qalereya
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Tarix

redaktə

23 avqust 1990-cı ildə Ermənistan SSR-nin Ali Soveti Ermənistanın İstiqlal Bəyannaməsini qəbul etmiş, Ermənistan SSR-nin ləğvini və Ermənistan Respublikasının müstəqilliyini elan etmişdir.[1] 21 sentyabr 1991-ci ildə Ermənistan xalqı müstəqillik referendumunda SSRİ-dən ayrılmaq üçün səs vermişdir. 1991-ci ilin noyabr ayında Levon Ter-Petrosyan Ermənistanın birinci prezidenti seçilmişdir. 21 dekabr 1991-ci ildə Ermənistan Müstəqil Dövlətlər Birliyinə (MDB) qoşulmuşdur. 26 dekabr 1991-ci ildə SSRİ rəsmi olaraq süquta uğramışdı.[2][3]

Bu Ermənistan Respublikasının ikinci dəfə müstəqillik elan etməsi idi. Birincisi 28 may 1918-ci ildə baş vermiş və Birinci Ermənistan Respublikasının təsis edilməsilə nəticələnmişdir. Bu respublika 1920-ci ildə bolşeviklər tərəfindən işğal olunmuşdu.[4]

Keçirilən tədbirlər

redaktə
 
Müstəqillik günü ilə bağlı dekorasiyalar (İrəvan, 2016).

Hərbi parad

redaktə
 
Müstəqillik günü ilə bağlı keçirilən hərbi paraddan (İrəvan, 2016).

Ermənistanın müstəqilliyini qeyd etmək üçün Respublika meydanında 1992, 1996, 1999, 2006, 2011 və 2016-cı illərdə hərbi parad keçirilmişdir.[5] 1996-cı ildə keçirilən hərbi parad Ermənistanın müstəqilliyinin 5-ci ildönümünü qeyd edirdi.[6] 2006-cı ildə keçirilən hərbi parad Ermənistanın müstəqilliyinin 15-ci ildönümünü qeyd edirdi. Hərbi parad Müdafiə Naziri Serj Sarkisyan və Mikael Arutyunyanın əsgərlərin bayramlarını təbrik etmələri ilə başlamışdır.[7][8] 2011-ci ildə keçirilən hərbi parad Ermənistanın müstəqilliyinin 20-ci ildönümünü qeyd edirdi.[9][10][11] Hərbi parada Seyran Ohanyan və Yuri Xatçaturov nəzarət edirdi.[12] 2016-cı ildə keçirilən hərbi parad Ermənistanın müstəqilliyinin 25-ci ildönümünü qeyd edirdi. Bu hərbi parad Ermənistan tarixində keçirilən ən böyük hərbi parad idi.[13][14] Parada Andranik Maqariyan nəzarət edirdi. Hərbi parada ABŞ, Almaniya, İtaliya, Polşa və Yunanıstandan olan beynəlxalq sülhməramlı briqadanın qüvvələri də iştirak etmişdi.[15]

Xarici iştirakçılar

redaktə
İl İştirakçı Ölkə/Təşkilat
2011
2016
102-ci Rusiya Hərbi Bazası   Rusiya
2016 Beynəlxalq sülhməramlı briqada   Polşa
  ABŞ
  Almaniya
  İtaliya
  Yunanıstan

Diaspor

redaktə

Ermənistanın müstəqillik günü Rusiya, Livan və ABŞ-da yaşayan ermənilər tərəfindən də qeyd olunur.[16]

Qalereya

redaktə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstinadlar

redaktə
  1. ↑ ": ПРАЗДНИК.BY". www.prazdnik.by (ingilis). 2017-09-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2018.
  2. ↑ "День независимости Армении". Calend.ru. 2019-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2018.
  3. ↑ "День независимости Армении | Sputnik Армения - обновления новостей онлайн 24 часа". m.ru.armeniasputnik.am (rus). 2019-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2018.
  4. ↑ Robert H. Heusen; Kristofer S. Salvatiko. Armenia: A Historical Atlas. 2001.
  5. ↑ "Первый был проведен в 1992 году. Тогда шла Карабахская война, армия независимой Республики Армения только формировалась, и военнослужащие прямо с площади отправлялись на фронт. Второй парад состоялся в 1996 году, в честь пятилетия создания армянской армии, когда уже был заключен договор о перемирии. Затем был исторический парад 1999 года, во время которого стоявший на трибуне глава правительства Вазген Саркисян со слезами на глазах приветствовал солдат и от радости и волнения все время стучал рукой по трибуне". 2017-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.
  6. ↑ pandukht. "Военный парад 1996 года в Ереване". Pandukht. 22 sentyabr 2011. 2019-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2018.
  7. ↑ "15 ЛЕТ НЕЗАВИСИМОСТИ АРМЕНИИ". Noev-kovcheg.ru. 2017-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-09.
  8. ↑ "Armenia Marks Independence Day With Military Parade". Human Rights Armenia. 2019-03-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2018.
  9. ↑ "Armenia Parades Military Might On Independence Day". «Ազատ Եվրոպա/Ազատություն» ռադիոկայան. 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2018.
  10. ↑ "Serzh Sargsyan attended the military parade of the RA Armed Forces dedicated to the 20th anniversary of the Armenian independence - Press releases - Updates - The President of the Republic of Armenia". www.president.am (ingilis). 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2018.
  11. ↑ "Army Displays Military Might on Independence Day | Asbarez.com". asbarez.com (ingilis). 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2018.
  12. ↑ "The parade was commanded by Chief of Staff of the Armenian Armed Forces, Colonel-General Yuri Khachaturov. The parade was received by the Armenia's Defense Minister Seyran Ohanyan". Asbarez.com. 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-09.
  13. ↑ "Military Parade Highlights Independence Day Celebrations in Armenia | Asbarez.com". asbarez.com (ingilis). 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2018.
  14. ↑ "LIVE: Parade dedicated to 25th anniversary of Armenia's Independence kicks off in Yerevan" (ingilis). armenpress.am. 2017-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2018.
  15. ↑ "Armenia Showcases New Missiles in Independence Day Parade | Armenian News By MassisPost" (ingilis). Armenian News By MassisPost. 21 sentyabr 2016. 2016-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2018.
  16. ↑ "Republic of Armenia's 24th Independence Day Celebration in Las Vegas". Armenian National Comitee of America. 2019-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-09.

Xarici keçidlər

redaktə
  Vikianbarda Müstəqillik Günü ilə əlaqəli mediafayllar var.
  • Armenian Independence Day Celebrations, 2011 — YouTube platformasında
  • Armenian Independence Day Celebrations, 2016 — YouTube platformasında
  • Վարչապետ Նիկոլ Փաշինյանի ուղերձը ՀՀ անկախության 27-ամյակի առթիվ — YouTube platformasında
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Müstəqillik_Günü_(Ermənistan)&oldid=6671269"
LOVE.AZ