Mütəşəkkil cinayətkarlıq — maddi mənfəət və ya güc əldə etmək üçün məqsədi ilə yaradılmış olan dəstələri ifadə etmək üçün istifadə olunur[1][2][3]. Milli və beynəlxalq səviyyədə əlaqələrə malik olan və müəyyən bir təşkilat (və ya təşkilatlanma) vasitəsilə həyata keçirilən xüsusən də narkotik və psixotrop maddələrin ticarəti, maliyyə cinayətləri və silah qaçaqmalçılığı başda olmaqla yüksək gəlir təmin edən cinayətlərin ümumi adıdır[4][5][6][7]. Mütəşəkkil cinayətkar qruplar müntəzəm olaraq kriminal dəstələr ilə qarışdırılsalar da, əslində onlar müxtəlif funksiyalara görə təşkilatlanmış olan, üfüqi və şaquli iyerarxiyaya malik cinayətkar qruplardırlar[8][9][10][11]. Lakin ən əsas olan budur ki, onlar bu və ya digər səviyyədə dövlət məmurları ilə əməkdaşlıq edərək ədalətdən və qanundan bir növ immunitet (toxunulmazlıq) əldə etməyə çalışırlar[12][13]. Mütəşəkkil cinayətkar qruplar daha çox dövlətin güc tətbiq etmək hüququna malik olan hüquq mühafizə orqanları və ona nəzarət edən polislər, hakimlər, prokurorlar və hərbçilər kimi dövlət məmurları ilə əməkdaşlıq etməyə meyllidirlər[14]. Mütəşəkkil cinayətkar qruplar yalnız bir sahədə fəaliyyət göstərsələr də, məsələn, yalnız heroin qaçaqmalçılığı ilə məşğul olsalar da, maliyyələşdirmə, təhlükəsizlik, güc tətbiqi, nəzarət, daşınma və çirkli pulların yuyulması kimi funksiyalar baxımından bir-birilərindən fərqlənirlər[15][16][8][17][18][19].
Axır zamanlarda beynəlxalq və milli təhlükəsizliyi təhdid edən ən mühüm problemlərdən biri hesab edilir. Onların terror təşkilatları ilə də əlaqələri mövcud ola bilər.
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Avropa İşçi Qrupunun 28-31 mart 1996-cı il tarixlərində Almaniyanın Leypsiq şəhərində keçirilmiş olan iclası zamanı mütəşəkkil cinayətkarlığın formalaşması üçün müəyyən edilmiş kriteriyalar aşağıdakılardır:
a group, combination, or association of gangsters controlling organized crime or one type of crime, especially in one region of the country
a criminal gang, especially one involved in drug trafficking, extortion, etc.
The Mafia or a similar criminal organization
DELINQUENCY, CRIME, AND SOCIAL PROCESS'.
Vikianbarda Mütəşəkkil cinayətkarlıq ilə əlaqəli mediafayllar var. |