Bu, Şəki (tarixi ərazi) məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
--Mətndə dəfələrlə haqqında bəhs edilən Şəkinin Azərbaycan respublikasının Şəki şəhərinə və Şəki ərazisinə heç bir dəxli yoxdur. Mətndə haqqında bəhs edilən Şəki Azərbaycanın tarixi Zəngəzur bölgəsində, indiki Ermənistan Respublikasının Syunik marzı ərazisində yerləşib və mərkəzi də Şəki qalası olub. Səhl ibn Sumbat da, Qriqor Hammam da, Aranşahilər də hamısı həmin Şəkiyə aiddir. Cavanşirə və Varaz Trdata tabe olan Şəki vilayəti də həmin vilayət olmuşdur. Kartlis Sxovrebada da həmin Şəki haqqında bəhs edilir (buyurub baxa bilərsiz: Бунятов З.М. Новые данные о местонахождении крепости Шеки. Докл. Ан АзССР, 1959, т.15, №9). Babəkin Qazaxda yaxalanması iddiası isə məni bir tarixçi kimi güldürdü. Həm erməni mənbələri, həm ərəb mənbələri bunun Zəngəzurda, Şəki vilayəti ərazisində baş verdiyini təsdiq edir. Söylədiyim bütün fikirləri onlarla mənbələrlə təsdiq edə bilərəm. Məqalədə isə bircə dənə də normal istinad yoxdu. Mövzuyla bağlı məqalə yazmaq üçün heç olmasa illərini bu mövzuların araşdırılmasına həsr etmiş, F. Məmmədovanın, Bünyadovun, Yeremyanın, Dovsettin tədqiqatlarına və məqalələrinə istinad etmək lazımdır. İndiki halda bu saxtakarlıqlar və kobud elmi səhvlərlə dolu bu yazının vikidən silinməsini tələb edirəm. ––sefer 09:44 07 avqust 2011 (UTC)
Müzakirə səhifələri istifadəçilərin Vikipediya məzmununu daha yaxşı hala necə gətirə biləcəkləri haqqında danışdıqları yerdir. Şəki (tarixi ərazi) səhifəsini inkişaf etdirmək barədə digər istifadəçilərlə müzakirə aparmaq üçün bu müzakirə səhifəsindən istifadə edə bilərsiz.