Vikipediya:VikiLayihə Azərbaycan tarixi (Keyfiyyət: SM, Əhəmiyyət: Ən) | |||
---|---|---|---|
![]() |
| ||
![]() |
Bu məqalənin qiymətləndirmə şkalasına görə keyfiyyəti: SM. | ||
Ən | Bu məqalənin qiymətləndirmə şkalasına görə əhəmiyyəti: Ən | ||
Bu, Şəki dövləti məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
↓ Zəhmət olmasa, aşağıdan yeni mövzu əlavə edin |
Müzakirələrin arxivi:
|
Məqalənin "Şəki dövləti" adlandırılmasının düzgün olmadığını düşünürəm. Çünki, dövlət sözü ərəb mənşəli olmaqla islam dövründən etibarən istifadə olunmağa başlayıb. Məqalənin preambulasında məliklik, şahlıq, knyazlıq, çarlıq kimi variantların da mənbələrdə istifadə olunması haqqında məlumat var. Buna görə də, təklif edirəm ki, ilk öncə istinad edilmiş bütün mənbələrə ya keçid verilin (əgər onlayn oxumaq mümkündürsə) ya da sitat gətirilsin ki, adın hansı formada və necə istifadə edilməsini dəqiqləşdirə bilək. Düşünürəm ki, məqalənin adını dəqiqləşdirmədən, məzmunun müzakirəsinə başlamaq düz olmaz. --sefer azeri 06:41, 28 yanvar 2017 (UTC)Cavabla
Aşağıda isə mənbələrdə "Şəki dövləti" sözünün işləndiyi cümlələr var. Digər mənbələr də vardı, sadəcə bəzi səbəblərdən onlara istinad etməyə ehtiyac duymuram. Və aşağıdakı cümlələrin də məqaləyə yerləşdirilməsini o cümlədən. Sadəcə istədiniz, mən də siyahını hazırladım.
Aydın Məmmədov (müzakirə) 18:54, 28 yanvar 2017 (UTC)Cavabla
Müəllifin verilmiş mövzu üzrə yazıları etibarlı jurnallarda çap olunmalıdır, Tanınmış alim və mütəxəssislərin müəllif haqqında fikirləri öyrənilməlidir, Digər etibarlı müəlliflər araşdırılan mənbəyə və müəllifə istinad etməlidirlər, Müəllifin verilən mövzu ilə əlaqədar elmi dərəcəsi olmalıdır |
Müəllifin adı çəkilən kitabdan başqa hansısa əsəri məlumdurmu? Hansısa nüfuzlu alim müəllifi mövzu ilə bağlı avtoritet tədqiqatçı hesab edərək öz əsərində müəllifin kitabı və məqalələrinə istinad edibmi (Azərbaycanın, eləcə də Avropa və Rusiyanın müxtəlif tanınmış mütəxəssislərinin əsərlərində Qafqaz Albaniyası ilə bağlı məsələlərdə Fəridə Məmmədovanın məqalə və kitablarına dəfələrlə istinad edilməsi haqqında onlarla qeyd göstərə bilərəm, 3 və 7 cildlik "Azərbaycan tarixi" kitablarında Qafqaz Albaniyası ilə bağlı fəsillərin yazılması məhz Fəridə Məmmədovaya həvalə edilmişdir)? Müəllifin mövzu ilə (burada tarix nəzərdə tutulmalıdır) hansı elmi drəcəsi var? Fəridə Məmmədova AMEA-nın müxbir üzvü və tarix elmləri professorudur. Sizcə professor və elmi işçini müqayisə etmək düzgündürmü? Hörmətlə --sefer azeri 07:31, 2 fevral 2017 (UTC)Cavabla
* Akademik jurnallar və sair akademik mənbələrdə nəşr olunan elmi məqalələr (Monoqrafiya akademik mənbələrdə nəşr olunub, yəni AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çap olunub ). * Beynəlxalq aləmdə tanınmış və ya dövlət universitetlərində dərs demiş və elmi dərəcəsi olan müəlliflərin rəsmi saytlarda və nəşrlərdə öz ixtisasları üzürə yazıqları etibarlı mənbə hesab edilə bilər. (Şirinbəyin hansısa dövlət universitetində dərs deməsi haqqında məlumatım olmasa da, bu məlumata əsasən Bakı Slavyan universitetinin dosentidir, bu məlumata əsasən isə həmin universitetdə kafedra müdiridir ).
Müəllifin adı çəkilən kitabdan başqa hansısa əsərinin məlum olmasına gəlincə isə, təbii ki məlumdur və onlardan biri məqalədə mənbə olaraq göstərilir (Алиев Ш., 2013). Professor ilə elmi işçinin müqayisəsinə gəldikdə isə biz burada məqalənin içində yazılanları yox, adını müzakirə edirik. VP:MA qaydasına görə
Azərbaycanca danışan oxucunun ən çox tanış olduğu varianta üstünlük verilməlidir, bu mubahisə yaradarsa onda Azərbaycan dilində olan ensiklopediya, dərslik və ya akademik nəşrlərdə istifadə olunmuş varianta üstünlük verilməlidir.
Biz artıq bilirik ki, Azərbaycanca danışan oxucunun ən çox tanış olduğu variant "Şəki dövləti"dir. Və bu azərbaycan dilində akademik nəşrlərdə istifadə olunub. Siz bu məsələdə Fəridə Məmmədovaya üstünlük vermək istəyirsiniz. Onda əvvəlcə Fəridə Məmmədovaya aid azərbaycanca mənbəni göstərin. Hörmətlə -- Aydın Məmmədov (müzakirə) 10:47, 2 fevral 2017 (UTC)Cavabla
Приоритет в именовании статей следует, как правило, отдавать такому подтверждаемому авторитетными источниками названию, которое для большинства русскоговорящих читателей является наиболее узнаваемым и, по возможности, наименее неоднозначным. Вместе с тем создание ссылок на такие статьи должно быть простым и интуитивным (ru:Википедия:Именование статей).
Digər vikilərdən də misal gətirə bilərəm. Deyə biləsiniz bizdə bu qəbul olunmayıb. Mən də cavab verə bilərəm ki, bizdə bu rədd olunmayıb. Bu ümümvikipediya normasıdır, burada heç bir mübahisə ola bilməz. İstənilən halda və kim tərəfindən olursa-olsun Vikipediya:Məqalənin adlandırılması qayda layihəsi səsverməyə çıxarılarsa, mən istinad etdiyim cümlə də layihədə olacaqdır. Əgər olmasa nə baş verə bilər? O baş verə bilər ki, biri gəlib “Azərbaycan” məqaləsinin adını “Azerbaijan” şəklində dəyişər və iddia edər ki, bu variant daha mötəbər akademik mənbələrdədir və daha çoxdur. Nə cavab verəcəksiniz onda?
Vikipediya:Məqalənin adlandırılması qayda layihəsindən başqa bizim istinad edə biləcəyimiz daha bir qayda – münsiflərin qərarı da var:
1.Vikipediyada yer adları, eləcə də Ermənistan və Gürcüstandakı yer adları, etibarlı mənbələrə istinad edilərək yazılmalıdır. Bu mövzuda etibarlı mənbə dedikdə, 1992-ci ildən sonra Azərbaycan dilində Azərbaycan Milli Elmlər Akademiyasının əlaqədar qurumlarının və Azərbaycan Milli Ensiklopediyasının Elm Mərkəzinin nəşr etdirdiyi coğrafi və universal ensiklopediyalar, 1992-2001-ci illərdə Azərbaycan Respublikasının Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin, 2001-2015-ci illərdə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, 2015-ci ildən sonra Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin çap etdirdiyi müasir dövrü əks etdirən siyasi xəritələr nəzərdə tutulur. 2.Hər hansı yerin Azərbaycan dilindəki adı ilə bağlı bu qərarın 1-ci bəndində göstərilən tələblərə uyğun gələn mənbə tapmaq mümkün olmadığı halda, belə mənbə tapılanadək Azərbaycan Sovet Ensiklopediyası və Sovet Sosialist Respublikalar İttifaqının inzibati-ərazi bölgüsünə dair Azərbaycan dilindəki nəşrlər və xəritələrdəki adlar əsas götürülür.
Gördüyünüz kimi, münsiflər də azərbaycan dilində olan mənbələrə üstünk verilməli olduğunu qəti şəkildə vurğulayıblar.
"Bu azərbaycanca bütün mənbələr deməkdir" deməyimlə bağlı sualınıza isə sualla cavab verirəm: sizcə, Azərbaycanca danışan oxucu ən çox hansı mənbələrdən informasiya alır? Azərbaycanca danışan oxucu televizaya heç baxmır, qəzet oxumur, internetdən istifadə etmir, yalnız kitabxanaya gedib akademik mənbələrdən informasiya alır? Hörmətlə, Aydın Məmmədov (müzakirə) 14:06, 9 fevral 2017 (UTC)Cavabla
İstinadlar
https://az.wikipedia.org/wiki/?q=Hereti bu məqaləyə nəzər yetirməyinizi və söhbətin eyni dövlətdənmi getdiyi haqda fikirlərinizi yazın zəhmət olmazsa HulaguKaan (müzakirə) 12:00, 15 aprel 2019 (UTC)Cavabla