Bu, Şəki dövləti/Arxiv 1 məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
Məqaləni 2 dəqiqə əvvəl yaratmağa başlamışam, 1-2 günə tamamlaya bilərəm. Lütfən bura sil şablomu qoymayın. Kimsə məqaləni silmək istəyir? Nəyə görə? Əgər sonra bir problem olacaqsa, lütfən bildirin. — Bu imzasız yazı Shekikhanov (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Bu məqalə olduqca pis vəziyyətdədir. O dövürdə Şəkinin knyazlıq olmasını kim dəqiqləşdirdi ki? Bizm üçün əsəs mənbə ərəb qaynaqları olmalıdır. Yunan, gürcü, erməni qaynaqları yox. Onlar ürəkləri nə istəsə onu yaza bilərlər.--46.22.229.91 19:46, 11 iyun 2014 (UTC)Cavabla
Məqalənin adı azərbaycandilli mənbələrə uyğun olaraq Şəki dövləti olmalıdır.--samral müzakirə 18:15, 19 aprel 2015 (UTC)Cavabla
Məqalədə Qafqaz Albaniyası dövrünə aid tarixi şəxslər, sülalələr, hadisələr və yerlərlə bağlı məlumatlar kobud şəkildə saxtalaşdırılıb. Bütün bu detallar ayrı ayrılıqda müzakirə edilməli, məqalə təmizlənməlidir. --sefer azeri 13:00, 24 yanvar 2017 (UTC)Cavabla
Mübahisəli olması iddia edilən dövlətin yaranma tarixində əslində heç bir mübahisə ola bilməz. Mənbələrdə dövlətin yaranma tarixi göstərilmədiyi kimi, məqalədə də bu göstərilməyib. Məqalədə yalnız yazılıb ki, 7-ci əsrin ortalarında bu dövlət artıq var idi. Gürcü mənbələri 8-ci əsrin ortalarında burada knyazlığın formalaşdığını 9-cu əsrin əvvəllərində isə çarlığın meydana çıxdığını göstərir. Albaniya tarixində isə 9-cu əsrin orttaları üçün (Musxeleşvili nədənsə bunu 9-cu əsrin birinci rübü kimi göstərir?!) bu dövlət xatırlanır. Burada mübahisəli nə ola bilər ki? Faktiki 7-ci əsrin ortalarında dövlət var idi. Mənbə də göstərilir. Gürcü mənbələrinə görə 6-cı əsrin əvvəllərində gürcülər buraları tutub Hereti eristavlığını təsis ediblər. Dövlətin yaranma tarixi kimi bu da götürülə bilərdi. Çünki eristavlıq knyazlıq deməkdir. Amma etibarlı mənbələr bunun üzərində dayanmadığı üçün mən də dayanmadım. Ümumiyyətlə bu barədə gürcü mənbələrinin yazdığı inandırıcı görünmür. Əgər bu ərazi gürcülərin əlində idisə Cavanşir nə işə baxırdı? 6-cı əsrin ortalarında Şəki yepiskopu Ambakum haradan çıxdı? Əsrin sonunda Şəki yepiskopu Yeleziar, sonrakı əsrin əvvəllərində Mikayıl haradan çıxdı? Bunların adlarını məqalədə boş yerə göstərməmişəm. Ərəzini gürcülər tutublarsa, yepiskoplar niyə Albaniya katolikosuna tabe idilər? Yəni gürcü mənbələrinin yazdığı əsaslı deyil. Amma yazırlar ki, guya 8-ci əsrin ortalarında Arçıl buranı 3 erməni qardaşa bağışlayıb, onlar isə Arçılin ölümündən, oğlunun ölümündən sonra özlərini çar elan ediblər. Bunların erməni olmasına görə Səhl ibn Sunbatın da erməni olması və Baqrationi olması iddia edilirdi. Lakin sonda məlum oldu ki Səhl Aranşahikdir, Zərmehr nəslindəndir. Yəni gürcü mənbələrində gürcülərin Şəkini 5-ci əsrdə tutmaları haqqında yazılanlar inandırıcı deyil. Əgər onlar Şəki ilə Kabisienanı birləşdirib Hereti eristavlığı yaradıblarsa, ərəblər bura gələndə niyə Kambisina ayrıca, Şəki isə ayrıca hökmdarlıq idi? Anananiya Şiraklı niyə Şəkini Albaniya ərəzisi kimi göstərir? Məqalədə ərəblərin bura gəldiyi vaxt Şəki hökmdarı ilə müqavilə bağlaması tarixi, Şəki dövlətinin ən geci yaranma tarixi olaraq göstərilir. Girişdə isə qeyd edilir ki ərəblər bura gələndə Şəki dövləti var idi. Nədir burada mübahisə? Albaniya tarixində bu dövlətin 9-cu əsrin ortalarında xatırlanmasımı? Mən nə edim indi? Bunu məqalədə göstərməli deyiləmmi? Ya Musxeleşvilinin yazdıqları? Yazır ki 8-ci əsrin ortalarında knyazlıq formalaşmış, 9-cu əsrin əvvəllərində bu çarlığa çevrilmişdir. Bunu məqalədə göstərməli deyiləmmi? Yazıb, yazıb da. Vikipediyaçının borcu deyil mənbələri təhlil etmək, vikipediyaçı mənbələrdəki məlumatları göstərməlidir. Mən də göstərmişəm. Nədir burda çatışmamazlıq və harada baş verib təhrif, yaxud saxtakarlıq? Dövlətin yaranması ilə bağlı, daha dəqiqi, dövlətin mövcudluğu ilə bağlı məqalədə göstərilən 3 müxtəlif tarix, heç də bir-birinə zidd deyil, əslində bir-birini təsdiqləyir. 7-ci əsrin ortalarında burada dövlət var idi, Arçilin vaxtında 3 qardaş burada hakimiyyəti ələ keçirib, əlbəttə ki nə qədər doğru olması məlum deyil, 9-cu əsrin ortaları üçün isə bu dövlət Albaniya tarixində xatırlanır. Albaniya tarixində yazılmayıb ki, 7-ci əsrin ortalarında Şəki dövləti olmayıb? Ya Musxeleşvili yazmayıb ki, 7-ci əsrin ortalarında Şəki dövləti olmayıb? Hesab edirəm ki dövlətin yaranma tarixi haqqında geniş izahatım sizi tam qane edəcək və bu məsələnin üzərində də dayanmağa ehtiyac duymayacaqsınız. Əgər belədirsə, dediyiniz saxtalaşdırmalarla bağlı yeni bölmalərdə müzakirəni davam etdirək. Razısınızmı? Aydın Məmmədov (müzakirə) 15:25, 29 yanvar 2017 (UTC)Cavabla
IX əsrin ikinci yarısında Arran ərazisində ərəblərdən asılı olan bir sıra knyazlıqlar var idi. Sünik, K.tiş, Varsan, Beyləqan, Qəbələ və Şəki knyazlıqları. Mənbə : Bünyadov Z. M. Azərbaycan VII-IX əsrlərdə. — Bakı: Şərq-Qərb, 2007. — 25.000 nüsx. — ISBN ISBN 978-9952-34-085-3. səh 232.
burada dövlətin yaranma tarixi göstərilirmi? Var idi həmin dövdə, bundan əvvəl ola bilməzdimi?
Xilafətin zəifləməyə başladığı VIII yüzilin sonu - IX yüzilin əvvəllərini Şəki məlikliyinin siyasi tarixinin başlanğıcı hesab etmək olar. Mənbə : Azərbaycan tarixi. — Bakı: Elm, 2007. — II cild. — ISBN 978-9952-448-34-4. səh 269.
Hesab etmək olar yazır, elə deyilmi? Yazmır ki bundan əvvəl olmayıb? Və bu tarix məqalədə göstərilməyibmi? Və başlanğıc 8-ci əsr hesab edilir. Siz isə 9-cu əsr deyirsiniz.
IX-X əsrlərdə yaranan feodal dövlət qurumlarının hakimiyyətləri dövründə Azərbaycanın müxtəlif yerlərində Sacilər, Şirvanşahlar, Dərbənd Haşimi əmirliyi, Sünik və Arsax-Xaçın knyazlıqları, Şəki məlikliyi, Salarilər, Rəvvadilər dövlətləri ayrı-ayrılıqda fəaliyyət göstərirdilər və bu dövlətlərin başçılarının əksəriyyəti azərbaycanlılaşmış ərəb feodalları idilər. Mənbə : Fərzəlibəyli Ş. F. XV əsr Azərbaycan dövlətlərinin quruluşu.
Hə nə olsun ki? Burda dövlətin yaranması haqqında bir şey varmı? Yazıb ki, IX-X əsrlərdə var idi. Hamı da bilir ki var idi. 11-12-ci əsrlər hara getdi bəs? Və burada Süniyin də adı sadalanır. Buna əsasən, 9-cu əsrdən əvvəl Sünik knyazlığı olmayıb? Onda Vasak Süni haranın knyazı idi?
Şəki/Hereti çarlığı (886-1014-cü illər) “Albaniya tarixi”nin müəllifi M.Kalankatuklunun verdiyi məlumata görə, 886-cı ildə “mömin knyaz Hammam tənəzzül etmiş Albaniya çarlığını bərpa etdi” Mənbə : Əliyev Ş. H. Şimal-Qərbi Azərbaycan: ingiloylar (I kitab: Ən qədim zamanlardan XIII əsrin ortalarınadək). — Bakı: Təhsil, 2007. səh 82.
886-cı ildə “mömin knyaz Hammam tənəzzül etmiş Albaniya çarlığını bərpa etdi”sə bunun Şəki dövlətinə nə dəxli var? Burada yazılırmı ki Şəki dövləti bundan əvvəl olmayıb? Elə bu kitabın 70-ci səhifəsinə baxın görün nə yazılıb?
Bəlazuri isə Salmanın yürüşünü aşağıdakı kimi təsvir edirdi: “Salman Bardinc arxasında Arazın Kürə qovuşduğu yerə getdi, Kürün o tayına keçib Qəbələni tutdu, Şakkan və Kamiberan hakimləri ilə bac vermək şərti əsasında sülh bağladı.
Bunu məqalədə göstərməli deyilikmi?
Erməni tarixçisi Q.Q.Mkrtumyan gürcü “həmkarları”nın əleyhinə gedərək IX-XI əsrlərdə Şimal-Qərbi Azərbaycanda mövcud olmuş Şəki dövlətini idarə edən hakim sülalənin erməni mənşəli olduğunu iddia edir. Mənbə : Əliyev Ş. H. Şimal-Qərbi Azərbaycan: ingiloylar (I kitab: Ən qədim zamanlardan XIII əsrin ortalarınadək). — Bakı: Təhsil, 2007. səh 6.
Hə nə olsun ki? Burada yazılıbmı ki, dövlət nə vaxt yaranıb? Burada söhbət sülalədən sülalədən gedir. IX-XI əsrlərdən. Lap tutalım ki, konkret yazılıb IX-XI əsrlərdə mövcud olub. Məqalədə bu göstərilmirmi? Məqalədə də sonuncu 2 tarixdə çarlığın meydana çıxması 9-cu əsr göstərilirmi?
Aabdullayev851, bunların heç biri dövlətin meydana çıxması ilə bağlı Musxeleşvilinin yazdıqlarını təkzib etmir. O ən etibarlı mənbədir. 8-ci əsrin ortalarında knyazlıq formalaşmış, 9-cu əsrin əvvəllərində bu çarlığa çevrilmişdir. Bu məqalədə yoxdurmu? Məqalədə bu yazılmayıbmı? Dediyiniz 7-ci əsrin ortalarındakı dövlətin başqa dövlət olmasını haradan bilirsiniz? Və mən məqalədə bunu gizlətməliyəmmi? Hamısını xronoloji ardıcıllıqla yazmışam, ən birinci bu olduğu üçün başdan da bunu yazmışam. Bütün mənbələrdə göstərilən tarixləri, gürcü mənbələrinin fikrini qeyd eləmişəm. Siz nə təklif edirsiniz, mənbələrdəki məlumatları yazmalı deyiləm? Siz özünüz üçün hesab edə bilərsiniz ki dövlətin yaranma tarixini IX əsrdır. Məqalədə bu göstərilmirmi? Yalnız sizin fikrinizi yazaq, bəs Musxeleşvilinin, o boyda alimin fikrini fikrini ataq bir kənara? O deyir 8-ci əsrin ortalarında knyazlıq formalaşıb. Bunu göstərməyək məqalədə? Bəs ərəblər gələndə Şəki hökmdarı ilə sülh bağlayıblar, bun nə edək, gizlədək? Məqalədə göstərməyək, guya belə şey olmayıb? Rusca vikipediyada da dövlətin yaranması 7-ci əsrin ortaları kimi göstərilir, amma siz buna qarşı çıxmaq istəyirsiniz: ru:Шекинское царство. Yalandan yazılmayıb ki, mənbələrdə nə var o da yazılıb. Aydın Məmmədov (müzakirə) 19:09, 30 yanvar 2017 (UTC)Cavabla
Aabdullayev851, dövlətin yaranması ilə bağlı gətirdiyin iqtibasların çoxunda dövlətin yaranması barədə heç nə yoxdur, bəlkə buna güləsiniz? Bəlkə güləsiniz ki, burada
Aabdullayev851, sizə elə gəlmir ki gülmək lazım olan şeylər elə bunlardır, amma mən heç vaxt sizin yazdıqlarınıza gülmədim?
Məqalədə dövlətin meydana çıxması ilə, daha doğrusu dövlətin ilk mövcudluğu ilə bağlı 3 tarix göstərilir. Vikipediya qaydaları belə tələb edir. Bunların hamısını xronoloji ardıcıllıqla göstərmək lazımdır, gizlədə bilmərik. Başa düşürsünüzmü? Ən birinci tarix birinci yazılır. Ru vikidə də belədir. Mənbələrin məlumatlarını ataq, yazaq ki Abdullayeb deyir dövlət 9-cu əsrdə yaranıb? Sual verdim sizə, bəs Musxeleşvili boyda alimin yazdığını nə edək? Sizin sözünüzlə ataq bir kənara? Dövlət müstəqil olmalıdır haradan çıxdı? Naxçıvan da dövlətdir, amma Azərbaycanın tərkibində deyilmi? Və kim dedi ki sizə 7-ci əsrin ortalarında Şəki başqa dövlətin tərkibində olub? Lütfən nəyəsə qarşı irad irəli sürəndə diqqətli olun. Diqqətli olun ki sonra heç kim sizə gülməsin. Sizin mənə gülmək istəməyiniz isə mənim üçün problem deyil. Nə qədər gülmək istəyirsinizsə, gülün. Amma suallarımdan yayınmağa çalışmayın. Əgər burada sonuncu sualıma cavab verməsəniz, nəmizədlik səhifəsinə yazacağam Abdillayevə sual verdim cavab verə bilmədi, qaçdı. Konkret sualım budur. Dövlətin 9-cü əsrdən əvvəl mövcud olması ilə bağlı etibarlı mənbələrin məlumatlarını məqalədən çıxaraqmı? Əgər çıxarmasaq, infoqutuya nə yazaq? Əgər məndən olsaydı, dövlətin yaranma tarixini 5-ci əsrin əvvələri göstərərdim. Çünki gürcü mənbələrinə görə həmin tarixdə eristavlıq təsis olunub. Eristavlıq özü də dövlət deməkdir. Məsələn, baxın: Kldekari eristavlıq olub, amma faktiki olaraq müstəqil dövlət idi. Amma təəssüf ki, etibarlı mənbələr bunun üzərində dayanmır, mən də dayana bilmədim. Aydın Məmmədov (müzakirə) 21:26, 30 yanvar 2017 (UTC)Cavabla
Salam hörmətli həmkralar. Məqalədə təqdim edilən dövlət, onun əhatə etdiyi ərazi və mövcud olduğu tarix Hereti dövləti ilə üst-üstə düşür. Yəni Hereti, Şəki və Albaniya adları bir dövlətin fərqli adlarıdır. Bu halda ayrı-ayrılıqda Şəki dövləti və Hereti məqalələrinin mövcud olmağı nə dərəcədə düzgündür? Bu təkrarçılıq deyilmi? Əgər bu şəkildə davranmalıyıqsa o zaman Albaniya, Ağvan ölkəssi və Arran adlı 3 ayrı ad altında eyni məlumatları paylaşa bilərikmi? Elməddin ər-Rafizi (müzakirə) 19:33, 30 yanvar 2017 (UTC)Cavabla
Mən fikirləşirəm ki, Elməddin ər-Rafizi istifadəçi adı Aydın Məmmədovun istifadə etdiyi əlavə hesablardan biridir.--Abutalub (müzakirə) 19:49, 31 yanvar 2017 (UTC)Cavabla