![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Bu, hər cəhətdən çox vacib məsələdir!!!
Baxın, ə hərfi əvəzinə kvadrat çıxır...
Ona görə təklif edirəm ki Azərbaycanca Vikipedia mətnləri
Times New Roman şriftləri ilə yazılsın!!!
— Bu imzasız yazı 62.217.158.254 (m) tərəfindən əlavə edilib;
Bu problem sizin kompüterinizdən irəli gəlir. Müəyyən şriftləri yükləmək lazımdır. Yaxud brauzerinizdən asılıdır. Ola bilsin Opera istifadə edirsiniz. Bu cür problemlər həmin brauzerdə tez-tez rast gəlinir. Wertuose 12:15, 5 Mart 2009 (UTC)
Salam.
Bir məsələ ilə bağlı danışmaq istərdim. İT ilə bağlı bir çox səhifələrdə AMEA İTİnin saytına, AMEAnın saytına keçidlər vardır. Məsələn Java səhifəsində AMEAnın və AMEA İTİnin həm daxildəki məqaləyə həm də saytın özünə keçidi vardır. Məncə bunun Javaya heç bir aidiyyəti yoxdur. Saytı reklam etmək üçün münasib yer deyil. O saytlar kifayət qədər tanınan saytlardır. Mənim nə AMEA nə də AMEA İTİyə qarşı heç bir protestim yoxdur. Mən özüm də oranın işçisi olmuşam. Sadəcə bu səhifələrə xaricilər girir. Mövzuya aidiyyəti olmayan keçidlər sadəcə ayıbdır. — Bu imzasız yazı Adil (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Bu problem təkcə Siz deyən məqalədə yox, bir çox məqalədə mövcuddur. Bunun da əsas səbəbi odur ki, ilkin dövrdə Azvikidə məqalələr yaradılanda onların məzmunu o qədər də zəngin olmayıb. Digər tərəfdən məqalədə xarici və daxili keçidlərin olması zəruridir. Bu onun ensiklopedik çəkisini artırır. Ona görə də təcrübəli istifadəçilərimiz onu məqalənin məzmununa az-çox aidiyyatı olan məqalələrlə bağlamağa, yəni daxili keçidlər yaratmağa üstünlük veriblər. İndi Azviki inkişaf etdikcə, konkret mövzulara dair məqalələrin sayı, internet mənbələri artdıqca təbii ki, bu daxili və xarici keçidləri daha məqsədəuyğun olanlarla əvəzləmək ehtiyacı yaranır. Bu problem tədricən qaydasına düşəcək. Hörmətlə:--Sortilegus 21:29, 12 Mart 2009 (UTC)
Bu məsələni mən bir dəfə açmışdım. Yenə də açmaq istərdim. Fikrimcə fars əlifbası ilə yazılanlar artıqdır. Çünki, Fars dilində wiki var. Bizim əlifbamız rəsmi olaraq latın qrafikalı əlifbadır və çoxumuz bu əlifba ilə işləyirik. Fars əlifbası ilə olan yazılar çox hallarda gözə mane olmaqdan başqa bir iş görmür.
Əsaslandıra bilərsiniz ki, Azərbaycanda 8 milyona yaxın əhali var və bu 8 milyon latın qrafikası ilə işləyir. 30-40 milyon insan Cənubi Azərbaycanda fars əlifbası ilə oxuyub yazır. Amma, gəlin məsələyə daha ciddi və daha real yanaşaq. Cənubi Azərbaycanda əgər Azərbaycan dilində oxumaq istəyirlərsə Azərbaycan Dövlətinin rəsmi əlifbası nədirsə onunla oxusunlar. Digər tərəfdən onların hamısı fars dilində bilir və onlar üçün məqaləni oxumaq fars dilində daha rahat olar fikrimcə. Çünki məktəbdə oxuduqları fars dilindədir. Digər tərəfdən İranda vikipediyaya giriş bağlanıb. Yalnız bir neçə universitetin ayrıca kanalı olduğundan orada açıqdır. Əhali vikipediyaya daxil olmur. Ona görə fikrimcə fars dilində olan yazıları yığışdırmaq olar.
Ya da əgər fars əlifbası ilə oxuyan oxucularımız həddindən artıq çoxdursa onda Azərbaycan dilində fars əlifbası ilə olan viki açılsın. Necə ki, Chinese Simplified, Chinese traditional var, English simple var. Qoy Azərbaycan Fars da olsun. Məqalələrin Əlifbasını dəyişmək üçün xüsusi bir konverter yazmaq şəxsən mənim boynuma. Azərbaycan əlifbasından fars əlifbasına keçirən bir proqram yazmaq bir o qədər problematik deyil fikrimcə.
Xahiş edirəm bu məsələni həll edək.
— Bu imzasız yazı Adil (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Azərbaycan türkcəsi quzey və güneydə işlənir.çox yaxşı olardı ki hamı bir əlifba da yazsın ama vkiki kimin yerdə əgər yanlız azərbaycan dövlət əlifbası işlənsə iki tərəfin arasında çox fasilə yaranar.niyə ki yavaş yavaş bir birlərinin qayda və istilahlarına tanış olmaq fürsətin əldən verərlər. məqalələrin iki əlifbaya tərcüməsi çox yararlıdır. bu işi güneydəkilərə tövsiyə edirəm. Yaşasın...--Turk oğlan 09:29, 12 Mart 2009 (UTC)
Əgər fars əlifbası ilə Azərbaycan dilində ayrıca Wikinin olması fikrini dəstəkləyirsinizsə onu açın. Mətni latın əlifbasından fars əlifbasına çevirən bir proqram mən yazıb verərəm sizlərə. Amma, həm fars həm latin qrafikası ilə başlıqları yazmaq, amma, mətnləri latın qrafikasi ilə yazmaq nə qədər məqsədəuyğundur onu bilmirəm. --Adil 19:27, 12 Mart 2009 (UTC)
Doğrudan, əlifba fars əlifası deyil ərəb əlifbasıdır.--Turk oğlan 20:22, 12 Mart 2009 (UTC)
Bu məsələ zaman-zaman Azvikidə müzakirə edilən məsələdir və hələ ki, öz yekun həllini tapmayıb. Kifayət qədər ciddi məsələ olduğuna görə belə düşünürəm ki, gələcəkdə daha geniş çevrədə (bəlkə də təkcə Vikicəmiyyətdə deyil, mütəxəssislər tərəfindən də) müzakirəsinə ehtiyac var. Əslində bir ensiklopediyanın iki əlifbada yazılması doğrudan da bəzi problemlər ortaya çıxarır. Hələlik mənim üçün ən qaranlıq qalan tərəf - iki əlifbalı ensiklopediyada intervikilərin necə yerləşdiriləcəyi məsələsidir. Çünki gələcəkdə ərəb əlifbası ilə yazılan məqalələr artdıqca bu problem daha da aktuallaşacaq. Fikrimi aydın izah etmək üçün bir misal çəkim - tutaq ki, bizdə həm latın, həm də ərəb əlifbası ilə Azərbaycan məqaləsi var - indilik intervikilər latın əlifbası ilə olan məqaləyə keçid verir. Əgər iki bərabər statuslu əlifbalı ensiklopediya yaradırıqsa bu nə dərəcədə düzgündür? Sabah bir bot yaradılsa və bu intervikilərin hamısını ərəb əlifbalı məqalələrə keçidlə dəyişsə nə edəcəyik? və s. və i. Hörmətlə:--Sortilegus 21:29, 12 Mart 2009 (UTC)
Əslində interviki problemi indi də var. Digər dillərdə olan məqalələrdə görürsən bir bot latın əlifbası ilə olan məqaləyə keçid verir, sonra başqa bot adın dəyişildiyini hesab edərək ərəb əlifbasına keçid verir. Hətta mən bir məqalədə iki dənə azərbaycan dili intervikisi görmüşəm. Bunun müvəqqəti həlli ondadır ki, iki variantda olan məqalələrdən birində, hər halda hansı varian daha qısadırsa, intervikilər olmnasın, botların da başı qarışmasın. Amma problemin əsas səbəbi odur ki, bizdəki indiki vəziyyətin özü müvəqqəti vəziyyətdir. Yəni iki əlifbalı vikipediyanın nəzərdə tutulan yekun variantı bu deyil, daha detallı məlumat üçün kənd meydanındakı keçmiş müzakirələrə baxa bilərsiz. Normal, qəbuledilən variant bir vikinin iki əlifba arasında avtomatik dəyişilə bilməsidir. Bu barədə də ekspertlərin köməyinə ehtiyac var, arada bu işdə kömək təklif edənlər olur amma sonrası gəlmir. Əvvəl-axır amma həll olacaq, gözləyirik. --TimBitsتِمبِتس 21:54, 12 Mart 2009 (UTC)
Azərbaycan dilində Vikipediya azərbaycan respublikasının və azərbaycanlıların deyil.Azviki bütün azərbaycan türkcəsi bilənlərə ayiddir.Azviki də ,dövlət əlifbasının mənası yoxdur! Hər halda bir əlifbalı Azvikiyə qarşıyam.--Axan.bulut 09:11, 13 Mart 2009 (UTC)
AzVikiyə yeni gələn istifadəçilərin diqqətini ilk çəkən və bir az da qıcıqlandıran əsas şey məhz bu ikili əlifba məsələsidir. Lakin sonradan onlar vəziyyətlə barışmalı olurlar və zaman keçdikcə bu problem onları heç də narahat etmir. Elə mənim kimi. Adilin yuxarıda çin və ingilis dilləri ilə bağlı çəkdiyi misallar məncə bizdə yaranmış vəziyyətə tam uyğundur. Honq-Konqda çin əlifbasının sadələşdirilmiş və hətta fərqli modifikasiyasından istifadə edilir. Lakin, bu dildə danışanlar yenə də çinlilərdir. Eləcə də müxtəlif əlifbalarda yazan azərbaycanlılar üçün bu hal tətbiq oluna bilər və iki müxtəlif əlifbada Azərbaycan dilli Vikipediya yaratmaq tamamilə mümkündür. Üstəlik bu hal tərəflərdən hər hansı birinin hansısa hüquqlarına toxunmur, çünki hər ikisi - həm ərəb, həm də latın qrafikalı azvikilər bərabərhüquqlu tərəfə çevrilirlər. Buna niyə belə etiraz edildiyini anlamıram. Ola bilsin ilk əvvəl yaranacaq çətinliklərdən çəkinirlər. Wertuose 14:23, 13 Mart 2009 (UTC)
No comments Bir də yuxarıda qeyd etdiyim interviki məsələlərinin çarəsini tapsaq lap əla olar. İndilik ərəb əlifbası ilə yazılan məqalələrdən intervikiləri yığışdıraq, gələcəkdə görək neylərik. Hörmətlə:--Sortilegus 06:04, 14 Mart 2009 (UTC)
Deyilənlərin bəziləri ilə razıyam bəzilərinin qəti əleyhinəyəm. Cənubi Azərbaycanda yaşayanlarla əlaqədar deyilən sözlərlə razıyam. Onların öz doğma dillərində yazılı materialları yox dərəcəsindədir. Vikinin onların üçün çox böyük xeyri dəyə bilər. Lakin, yalnız başlıqları tərcümə etmək nə dərəcədə məqsədəuyğundur? Əgər bu insan ərəb əlifbasını bilir və latın qrafikalı əlifbanı bilmirsə, tutaq ki istədiyi məqaləni tapdı və açılanda gördü ki bu latın qrafikası ilə yazılıb. Həmən məqalənin həmin şəxs üçün heç bir xeyri yoxdur. Son nəticədə bu məsələ ərəb əlifbası ilə oxuyanlara kömək yox, latın qrafikalı əlifba ilə oxuyanlara maneçilikdir. Mənim istəmədiyim məlumatı zorla mənə təqdim etmək bu bütün dünyada informasiya təhlükəsizliyi məsələsinə ziddir və bəzi yerlərdə etik normalara da zidd bir məsələ kimi qiymətləndirilir. Məqalələrin ərəb əlifbasına keçirilməsi üçün heç kimin əziyyət çəkib, məqalələri bir-bir tərcümə etməsinə ehtiyac yoxdur. Müasir dövrdə yaşayırıq. Avtomat, bot, proqram təminatı və s. kimi anlayışlar artıq ümumişlək sözlərə çevrilib. Sadəcə olaraq ərəb əlifbasını bilənlər bu iki əlifba arasında uyğunluğu tapmaqda mənə kömək etsinlər. Xüsusi bir proqram yazaq və məqalələr avtomatik tərcümə olunsunlar. Yuxarıda qeyd olunan kimi, eyni dildə, lakin, ayrı-ayrı əlifbalarda iki ayrı viki yox, eyni vikinin güzgüsü olsun, sadəcə olaraq ayrı-ayrı əlifbalarda. Digər tərəfdən baxanda isə əgər biz həqiqətən Cənubi Azərbaycandakı soydaşlarımıza kömək etmək istəyiriksə, gəlin onların bizim işlətdiyimiz əlifbanı öyrənməsi üçün vasitələr - viki kitablar, multimedia dərslikləri və s. yaradaq. Qoy onlar bizim işlətdiyimiz əlifbanı öyrənsinlər. Onsuzda kitab qıtlığımız var. Parçalanıb yarımız ərəb əlifbası, yarımız latın əlifbası ilə yazmaq idealogiyasını dəstəkləsək bu hara çıxarır? Pərakəndəliyə? Dilimizdə çıxan yeni kitabların əksəriyyəti latın qrafikası ilə çap olunur. Bu halda da biz cənubda yaşayan soydaşlarımızın informasiyaya əlçatanlığını pozuruq. Onlar onu oxuya bilmir. Amma, hər bir çıxan kitabın ərəb əlifbası ilə də yazılması bu real məsələ deyil. Ona görə daha yaxşı olar onlara bizim işlətdiyimiz əlifbanı öyrətməkdə əlimizdən gələni edək. Bununla biz onların qapılarını bütün yeni kitablara, vikidə latın qrafikası ilə yazılmış bütün Azərbaycandilli məqalələrə açmış olarıq. Digər tərəfdən isə əlifba çevirməsi, tərcüməyə vaxtımızı itirmərik, həmin vaxta əvəzində daha yeni məqalələr yazıb vikini daha da genişləndirərik. --Adil 07:24, 16 Mart 2009 (UTC)
Mənim istəmədiyim məlumatı zorla mənə təqdim etmək bu bütün dünyada informasiya təhlükəsizliyi məsələsinə ziddir və bəzi yerlərdə etik normalara da zidd bir məsələ kimi qiymətləndirilir.
Vikipediyadan məlumat almaq hüquq deyil, eləcə də heç kimin vikipediyada məlumat təmin etmək məcburiyyəti yoxdur. Bu səbəbdən da məlumatın necə verilməsini məlumatı alanlar yox onu təqdim edənlər, indiki halda isə Vikimedia təşkilatı müəyyən edir.
Məqalələrin ərəb əlifbasına keçirilməsi üçün heç kimin əziyyət çəkib, məqalələri bir-bir tərcümə etməsinə ehtiyac yoxdur. Müasir dövrdə yaşayırıq. Avtomat, bot, proqram təminatı və s. kimi anlayışlar artıq ümumişlək sözlərə çevrilib. Sadəcə olaraq ərəb əlifbasını bilənlər bu iki əlifba arasında uyğunluğu tapmaqda mənə kömək etsinlər. Xüsusi bir proqram yazaq və məqalələr avtomatik tərcümə olunsunlar. Yuxarıda qeyd olunan kimi, eyni dildə, lakin, ayrı-ayrı əlifbalarda iki ayrı viki yox, eyni vikinin güzgüsü olsun, sadəcə olaraq ayrı-ayrı əlifbalarda.
Nəzərdə tutulan da elə budur. Bunun üçün kömək edə bilərsinizsə onda belə bur porqram hazırlamağa başlaa bilərsiz. Hərflərin qarşılığı, cümlədəki yeri və s. üçünsə Azərbaycan dilində Ərəb və Latin əlifbası Qarşılıqları məqaləsinə baxa bilər, eləcə də vikipediyadakı ərəb əlifbasl ilə yazan istifadəçilərə müraciət edə bilərsiniz. Əminəm ki, onlar da əllərindən gələn köməyi göstərəcəklər.
Digər tərəfdən baxanda isə əgər biz həqiqətən Cənubi Azərbaycandakı soydaşlarımıza kömək etmək istəyiriksə, gəlin onların bizim işlətdiyimiz əlifbanı öyrənməsi üçün vasitələr - viki kitablar, multimedia dərslikləri və s. yaradaq. Qoy onlar bizim işlətdiyimiz əlifbanı öyrənsinlər.
Mən buna etiraz edəcək çox insan tanımıram amma gərək razılaşaq ki, buna qərar vermək onların öz işidir. Hər halda Cənubda bu dil əsrlərlə ərəb əlifbası ilə yazılır, bizim onlara nəyisə zorla təqdim etməyimiz sizin də yuxarıda dediyiniz kimi düzgün olmazdı. Gəlin biz əlimzdən gələni edək, istəyən oxuyar öyrənər, istəməyən də özü bilər. Siz bütün hallarda işinizə başlayın, bir nəticə hasil olanda xəbər verin. Uğurlar. --TimBitsتِمبِتس 23:36, 16 Mart 2009 (UTC)
Müzakirə etmək olar. Amma bu məsələ də əslində texniki məsələdir. Sadəcə indilik aktiv istifadəçilərin belə intervikiləri ərəb əlifbalı məqalələrdən çıxarması gərəkir. Bir çarəsini tapana qədər. --Sortilegus 09:38, 14 Mart 2009 (UTC)
Sortilegus və Turk oğlan a. Düzü ərəb əlifbasının burada nə kimi funksiya daşıdığını mən hələ ki başa düşmüş deyiləm
Goykultu 15:48, 5 Aprel 2009 (UTC)
Ana səhifəyə son yerləşdirilən 2 məqaləyə nədənsə blok qoyulmayıb. İstənilən kənar şəxs bu məqalələrə hər hansı müdaxilə edə bilər. Adminlərdən xahiş edirəm ki, nəzərə alsınlar. Wertuose 07:23, 31 Mart 2009 (UTC)
"Seçilmiş məqalə" yerinə "Həftənin səhifəsi" başlığı daha uyğun olar məncə
Goykultu 15:36, 5 Aprel 2009 (UTC)
Məncə yeni ana səhifə Çox gözəl olmuş.iki əlifbanın ayrılması da bir yenilikdir.--Türk oğlan 20:16, 5 Aprel 2009 (UTC)
Dostlar. Yeni "Ana Səhifə" çox gözəl və daha rahatdır! Lakin... bir şeyi anlamıram və yəqin heç vaxt anlayacam. Nə üçün ümumiyyətlə bölgü olmalıdır? Latın qrafikalı Azərbaycan əlifbası "General" olaraq götürülməli və bundan yazılıb, oxunulmalıdır. Mən çox gözəl anlayıram ki, Güney Azərbaycanda bir çoxları bizi anlamaları üçündür.. Lakin, belə olmaz axı! Nə vaxta qədər "Azerbaijani (Cirylic), Azerbaijani (Latin)" kimi şeylər görəcəyik? Olmaz mı ki, "Azerbaijani" vəssalam? Ümumi standartı qeyd edəndə ISO üzrə "az_AZ" edilir. Əgər İran üçündürsə məsələn "az_IR". Danışılan ləhcə ("qjq" nümunəsində). Bir çoxları LATINı anlayır. Məncə hərfləri düzməklə, məntiqi çatan hər bir şəxs - hazırki qrafikanı anlaya bilər (söhbət Güneylilərdən gedir).
İndi mənə maraqlıdır, bütün bu bölgünün rəsmi səbəbi nədir? --Proger 19:15, 11 Aprel 2009 (UTC)
UPDATE! (;)
Yuxarıdakı "əlifba məsələsini" tam oxudum və görünür ki, bu çox ağrılı məsələdir. Həqiqətən də çox narahat edicidir. Ümumilikdə anti-ərəb (və ya fars) əlifba "fobiyası" güclənir. Bütün bunların məntiqi sonucu, yeganə - latın qrafikalı Azərbaycan əlifbasının ümumi bir-dilli Azərbaycan Vikipediyası adı altında yayımlanmasıdır.
Dost, TimBits-in sözlərində sözsüz ki, həqiqət var. Ancaq üsullarını dəstəkləmirəm. Ən azından bir azərbaycan-türkü olaraq dəstəkləmirəm. Tərəfindən irəli sürülən üsullarda yenədə parçalanma və bölgülük var. Bağışlayın məni ancaq burdan-bura Bakılı, Gəncəli söhbətləri getdiyi halda millətimin bu cür ÇOX önəmli maarifləndirici layihəsində parça etmək... Bu gələcəkdə mütləq özünü göstərəcək. Həmçinin Adil bəyin də yazdıqlarında həqiqət var. Lakin yenədə sonuc böıgü və parçalanmadır. Qardaşlar, ümumi MÜZAKİRƏ EDİLƏN məsələ BÖLGÜ yox, BİRLƏŞDİRİLMƏ üzərində qurulmalıdır. O üzdən Adil bəyin gətirdiyi sitatı təkrar etmək istəyirəm:
Digər tərəfdən baxanda isə əgər biz həqiqətən Cənubi Azərbaycandakı soydaşlarımıza kömək etmək istəyiriksə, gəlin onların bizim işlətdiyimiz əlifbanı öyrənməsi üçün vasitələr - viki kitablar, multimedia dərslikləri və s. yaradaq. Qoy onlar bizim işlətdiyimiz əlifbanı öyrənsinlər.
Çox gözəl və ilk öncə MAARİFLƏNDİRİCİ təklifdir. Şəxsən məndə Güneyli soydaşlarımız üçün xüsusi hazırlanmış (.PDF) müasir əlifbamızla bağlı dərs vəsaiti vardır. Bunu bölüşmək lazımdır. Xüsusi veb-mənbə (sayt) də (məncə) yaratmaq mümkündür. Bir sözlə - müzakirələr "necə ayıraq, bölək ki, başa düşsünlər" yox "necə birləşdirək ki, ağrısız və əzabsız olsun" üzərində qurulmalıdır (bu tənqid deyil). --Proger 19:38, 11 Aprel 2009 (UTC)
а ничего, выглядит всё очень даже прилично, Жаль от Азербайджанского отвыкла, ничего путно не понимаю.
Salam. Ana Səhifənin bəzi günlərdə (20 yanvar, 26 fevral, 31 mart, 30 aprel, 8 may və s belə günlərdə) rənginin dəyişdirilməsini (tündləşdirilməsini) təklif edirəm. Hal-hazırda Ana Səhifədə olan "Xalça" məqaləsinin yerinə Şuşa məqaləsi olsa, daha yaxşı olardı. Şəkil yerinə də Şuşadan bir şəkil. Bunlar mənim təkliflərimdir.-- Emin ► 14:43, 8 May 2009 (UTC)
Rəngin müəyyən günlərdə dəyişdirilməsi yaxşı təklifdir. Nəzərə almağa çalışarıq.--Sortilegus 18:48, 22 İyun 2009 (UTC)
Hamiya salam men edam cezasi adli böyük iri sanbalı bir mətinhazirlamışam zəhmət olmasa onu əsas səhivəyəy verin. Ana səhifənin tərkibinə və görkəminə (dizaynına) görə kim cavabdehdi? — Bu imzasız yazı Vladek (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Yaxşı məqalə alınıb. Bu cür zəngin məqalələrin yaradılması sevindirici haldır. Ana səhifənin görkəminə və səhifədə məqalələrin yerləşdirilməsinə görə idarəçilər cavabdehdir. Amma bu yaxınlarda bir səhifə yaratmağı düşünürük. İstifadəçilər ana səhifədə görmək istədikləri məqalələri ora yerləşdirəcək, idarəçilər onların arasında seçim edəcək. Sadəcə həmin səhifənin şablonunu yaratmaq lazımdır. Vaxt tapan kimi şəxsən bu işlə məşğul olacam. --Sortilegus 18:48, 22 İyun 2009 (UTC)
Mənə çoxdandır maraqlı gələn, Azərbaycan Vikipediyasının belə demək olarsa description-ıdır. Nə üçün orada Azad Ensiklopediya yox, Açıq Ensiklopediyadır? Mən yaxşı anlayıram ki, Free sözü iki məna daşıyır Free Source və Open Source da haradasa eyni mənanı verir. Onu da anlayıram ki, tərcümə yalnız sinxron yox, məna tərcüməsi kimi də olur. Lakin əslində bir az fərqlilik var axı. Ümumilikdə Azad və Açıq - bir mənada olsa da, fərqliliklər də var. Bir çox Vikipediyalar da məhz Azad Ensiklopediya kimi lokalizə edilir. Böyük yaradıcı-Atalardan, bizim ensiklopediyamızın nəyə görə Azad yox məhz Açıq Ensiklopediya olduğunu bilmək istəyirəm :-). Əlbət ki, hörmətlə ;) --Proger 20:37, 8 Oktyabr 2009 (UTC)
İcazənizlə cavab verim ("böyük yaradıcı" statusuna iddia etmədən). "Açıq ensiklopediya" - nəyə görə? Məsələn, bizdə bu cür ifadə var - "ictimaiyyət üçün açıqdır". Demirlər ki, "ictimaiyyət üçün azaddır". Azviki də hamı üçün (ictimaiyyət üçün) açıqdır - açıq ensiklopediyadır. Yəni, "açıq qapı" - "qapı"dan keç və məqalələri redaktə et, yeni məqalələr yarat. Burda açıqlıq məhz bu mənadadır. Təbii ki, "azadlıq" anlayışı ilə yaxın mənaları var. Amma nəzərə alsaq ki, internet özü elə azad məkandır - bu ensiklopediya "azad məkanda açıq qapı" kimi dəyərləndirilə bilər. Məncə, "Açıq ensiklopediya" daha doğru formuldur.--Sortilegus 21:26, 8 Oktyabr 2009 (UTC)
Sualım başlıqda göstərdiklərimlə bağlıdır. Onlar necə seçilir? Səs-vermə yolu ilə ya inzibatçıların şəxsi qərarları ilə? --Proger 17:13, 11 Oktyabr 2009 (UTC)
What about to set Latin to Arabic automatic transliteration of Azeri Wikipedia on the same principe as it works in Kazakh Wikipedia? (see more info, Kazakh converter)
We need Azeri native speaker to help us write the comparative table with letters and transliteration rules. Then we can create such converter.
If you wish to help us, contact us.
Kprwiki 10:50, 26 Oktyabr 2009 (UTC)
Bu maraqlı təklifdir. Ciddi şəkildə artıq bu istiqamətdə işləməyin vaxtı gəlib çatıb.--Sortilegus 21:05, 26 Oktyabr 2009 (UTC)
Hə belə bir iş yaxşıdır. onlara bir mesaj yazdım goy görək necə olacaq!contact us--buradan sizdə bir mesaj yazın ki bizim viki üstündə də işləməğə tələssinlər. əlbəttə mesaj yazsaz sizdən suallar soruşacaqlar.--Türk oğlan 09:38, 27 Oktyabr 2009 (UTC)
So at least Latin to Arabic convertion is available now. So we already can established it in Wikipedia now. So at least in one direction it works correctly. If Azeri people using Arabic letters usually can use Latin letters, than it can be fine. If not, they can still use Arabic letters.
Anyway I think that more contributions in Wikipedia are in Latin letters, so we can it run...
Kprwiki 06:33, 29 Oktyabr 2009 (UTC)
Other source:
How good is this convertion?
Kprwiki 06:39, 29 Oktyabr 2009 (UTC)
Belə bir iş çox gözəl işdir.ama vikidə necə istifadə olunacaq? o hələ bəlli deyil? Axtarış sistemi kimi bir baca açılıb oraya mətn köçürüləcək? hər nə olsa yaxşı bir şeydir. olmalıdır.
Bu haqda bir az ətraflı məlumat verilsə burda və ya Kənd meydanında yaxşı olar. İşin mexanizmi ilə bağlı. Tutaq ki, latın əlifbası ilə məqalə mövcuddur - bu proqram onu avtomatik ərəb əlifbasına çevirdi. Amma səhvlərlə (yəqin ki, belə də olacaq). Ərəb əlifbası variantında düzəlişlər aparılsa və onlar yaddaşa verilsə, latınla yazılan məqaləyə onun təsiri olacaqmı? İkinci bir məsələ - kateqoriyalaşdırma, şablonlar, fayllar necə olacaq? Latınla aparılacaq, yoxsa ərəblə alternativi yaradılacaq? və s. və i. --Sortilegus 20:36, 29 Oktyabr 2009 (UTC)
Təxminən məsələ aydındır. Çox təəssüf ki, nə kürd dilini bilirəm, nə də qazax dilini - o vikilərdə sınaq apara bilməyəcəm. Belə başa düşdüm ki, latınla biz yazdıqlarımız olduğu kimi qalacaq, ərəbə mətn qarışıq bir şəkildə çevriləcək. Qoy olsun. Əslində, bu, mənim lap əvvəldən tərəfdarı olduğum - 1 əlifba (latın əlifbası) və 1 dil (Azərbaycan dili) prinsipinə ziddir. Amma hər halda - mən öz prinsiplərimdən geri çəkilməyə hazıram, təki AzViki inkişaf etsin. Hörmətlə:--Sortilegus 16:31, 30 Oktyabr 2009 (UTC)
Görüşümüzlə bağlı elanı məncə bir qədər də təkmilləşdirmək lazımdır. Görüş vaxtının saatını da göstəmək lazımdır. Elan ortada və qırmızı rənglə göstərilərsə, əvvəlində də DİQQƏT: sözü yazılarsa, daha yaxşı olar. -- Cekli829 14:10, 2 Dekabr 2009 (Cek vaxtı ilə)
Belə məncə normaldı. Qırmızı piara ehtiyac yoxdur:) --Sortilegus 22:52, 2 dekabr 2009 (UTC)
Belə necədir? Vikimedia Fondunun digər azərbaycan dilli layihələrində də bu haqda məlumat yerləşdirmişəm. Daha ətraflı:[1], [2], [3], [4]
Diqqət!
Azərbaycan dilində olan Vikipediya istifadəçilərinin ilk görüşü keçiriləcək. Zaman: 6 dekabr 2009, saat 16:00 Məkan: İçəri şəhər, Bakı, Azərbaycan |
Hörmətlə: Cekli829 Dekabr 2009 (Cek vaxtı ilə)